XƏYANƏT

Dərc etdi 27 апреля 2017 rubrika Новости. Şərhlər: 0

«Kitab klubu» Vüqar Dəmirbəylinin «Xəyanət» adı altında növbəti kitabını çapdan buraxıb.

https://manera.az/gundem/6928-vuqar-demirbeylinin-hekayeler-toplusu-chapdan-chixib.html

ALMANİYA

HAQQINDA HEKAYƏLƏR

demirbeyli«Kitab klubu» Vüqar Dəmirbəylinin «Almaniya haqqında hekayələr» kitabını çapdan buraxıb.

Kitabdakı hekayələr əsasən əcnəbilərin, xüsusən də azərbaycanlıların Almaniyadakı həyatına həsr olunub.

İnsan hüquqları şüarı altında alman cəmiyyətində həyata keçirilən dini, irqi ayrı-seçkilik, əcnəbilərə qarşı göstərilən ictimai-psixoloji təzyiq, paralel cəmiyyətlərdə – gettolardakı acınacaqlı həyat bu hekayələrdə əks olunur.

Söz azadlığından dəm vuran, başqa ölkələrtdə demokratiyanın, mətbuat azadlığının olmamasından “şikayət edən” Almaniyanın öz qəzetlərində və başqa mətbuat orqanlarında daxili qeyri-rəsmi senzuranın həyata keçirilməsi, həqiqətdə baş verənlər haqqında informasiya və yazıların qarşısının alınması isə kitaba daxil edilmiş “Praktika” hekayəsinin əsas mövzusudur.

Kitab Almaniya haqqında həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması yolunda növbəti addımlardan biri ola bilər.

http://www.kitabal.az/book.php?book=1122




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 5 + 4 ?
Please leave these two fields as-is: