Vüqar Dəmirbəyli ADİ HƏYAT Hekayə Gənc rəssam Vamiq Sulduzun işləri son vaxtlar yaxşı getmirdi. Əzim Əzimzadə Rəssamlıq Məktəbini bitirəndən sonra daha valideynlərindən pul da istəyə bilmirdi. — Səni oxutmuşuq, — deyirdi anası. – İndi də özün öz başını dolandır. Biz qocalanda gərək hələ sən bizə köməklik eləyəsən. Valideynləri gəncə həm də gecə-gündüz iş tapmağın […]
Vüqar Dəmirbəyli XƏZƏR DƏNİZİ Hekayə Aqil üç ay idi ki, şer dərnəyinə gedirdi. Dərnəyin rəhbəri, Elmlər Akademiyasında hansı isə bir institutun Həmkarlar İttifaqının sədr müavini işləyən Fazil yaşı əllini keçmiş bir şair idi. Fazilin çox şerləri var idi, amma heç yerdə onları çap eləmirdilər. Fazilin dediyinə görə bunun səbəbi ancaq ondaydı ki, o düzünü yazırdı, […]
Vüqar Dəmirbəyli ZABİT Hekayə Zabit Ənvər müəllimin yeganə oğlu idi, kişi onu iki qızdan sonra tapmışdı. Hamı gözləyirdi ki, o ərköyün bir oğlan olacaq, amma Zabit ərköyün olmadı. Hələ uşaq vaxtından oğlan çox düşüncəli görünər, nəyi haradan götürüb haraya qoymağın yerini bilərdi. Adı Zabit olduğundan qohumlar arasında onun özünün də zabit olacağını deyənlər var […]
Vüqar Dəmirbəyli MAVİ GÖZLÜ QIZ Hekayə Zamir indi hər səhər universitetə tələsirdi. Ona universitetdə oxumaq heç vaxt indiki kimi maraqlı görünməmiş, zövq verməmişdi. Bunun da səbəbi əslində başqa idi: mavi gözlü qız. Zamir bu mavi gözlü qızın adını bilmirdi. Bu qız çox vaxt həm də mavi rəngli paltar geyinərdi və paltarı ilə gözləri bir həmahənglik […]
Vüqar Dəmirbəyli UYĞUNLAŞMA Hekayə Cabir artıq bu cür yaşamaqdan bıqmışdı. Hər yerdə, hər tərəfdə, hər şeydə o başqalarının ondan üstün olduğunu qəbul etməli, həmişə kənara çəkilib təşəbbüsü başqalarına verməli idi. Cabir Bakıya Yevlağın Yolqulular kəndindən gəlmişdi və universitetin biologiya fakültəsinin ikincü kursunda oxuyurdu. Onunla oxuyan yaraşıqlı qızlar çox idi, amma zalım qızları ağızlarını açan kimi […]
Vüqar Dəmirbəyli HƏBSDƏ Hekayə “Durmaq lazımdır… Qətiyyən durmaq istəmirəm… Pəncərənin pərdəsi çəkilib. Yəqin küçədən məni görürlər. Mən isə demək olar ki, lütəm. Nazik qollarım və zəif sinəm də görünür.” Tez qalxmaq, əyilib otağın pal-paltarını yığmış olduğu küncünə getmək lazımdır. Burada hər şey bir-birinə qarışıb: köynəklər, can köynəkləri, ayaqqabılar, çantalar, şalvarlar. Budur onun evdə geyindiyi […]
Vüqar Dəmirbəyli TÜRKİYƏ ALMANİYASI Hekayə Almaniya bu gün əslində ancaq qismən Almaniyadır. Belə ki, indi Almaniya qismən həm də əcnəbi toplumlarının yaşadığı məhəllələrdən ibarətdir. Son illərə qədər ən çoxsaylı olan Türkiyə toplumunu indi burada «Rusiya almanları» adlandırılan, Qazaxıstandan çöllərindən gətirilmiş, kağız üzərində hələ də alman soyadını qismən saxlayan, qismən isə onu da itirmiş rus toplumu sıxışdırmaqdadır, […]
Vüqar Dəmirbəyli İŞ İCAZƏSİ Hekayə Sakit də haymda yaşayan bütün qaçqınlar kimi bu xəbərə çox sevindi: yanvarın əvvəlindən qaçqınlara işləmək icazəsi veriləcəkdi, cəmisi iki aydan sonra. Bu xəbəri ona Sosialamtın (Sosial İdarənin) işçisi vermişdi. — Ihr musst euch jetzt freuen, — demişdi ona Aleksander. – Bald habt ihr den direkten Zugang zum deutschen Arbeitsmarkt (Siz […]
Vüqar Dəmirbəyli RAF Hekayə 1968 — ci ildə İran şahı, əslən azərbaycanlı olan Məhəmməd Rza Pəhləvinin Qərbi Almaniyaya səfəri ərəfəsində bu ölkə sovetlərlə qarşıdurmanın ən yüksək pilləsinə çatmışdı. Artıq yeddi il idi ki, Berlin divarı rusların əlində olan sosialistləş-dirilmiş alman Şərqini, amerikan-ingilis müstəmləkəsi olan alman Qərbindən ayırırdı. Bu qarşıdurma özü də birinci növbədə dünya ağalığı […]
Vüqar Dəmirbəyli MƏN VƏ ARNO Hekayə Arno balaca bir oğlan idi. Mən onu ilk dəfə kiçik bir qatarda — cəmisi iki vagonu olan köhnə bir qatarda ğörmüşdüm. O özü yaşda olan başga oğlanlarla, sinif yoldaşları ilə birlikdə həmin bu qatarda ğedirdi. Mən onların yanından ötmək istəyəndə birdən bu […]