NƏSİL

Dərc etdi 25 Январь 2013 rubrika Romanlar. Şərhlər: 0

fc9afa1c141994f30ab3d7c2a59Vüqar Dəmirbəyli

NƏSİL

Roman

ABBASLA MƏHƏR

Abbas köhnə kişilərdən idi. Özü də Kitabdan-Qurandan xəbəri olan adamıydı. Atası hələ uşaqkən onun ərəbcə yazıb-oxumağı öyrənməsinin qayğısına qalmışdı. Bəzi duaları da əzbərdən bilirdi. Amma gəl ki, kişi valideynlərini tez itirmiş, yerdə qalan iki qardaşına baxmaq yükü də onun üstünə düşmüşdü. Ona görə də atasının istədiyi kimi mədrəsə təhsil ala bilmədi, həqiqi bir din adamı ola bilmədi. Amma cuvarlığı öyrəndi; bir az zəhmətli peşə olsa da, suyun-selin içində çapalamaq lazım gəlsə də, özünə də, qardaşlarına da bununla çörək pulu çıxara bilirdi.

Abbas çox sağlam vücudlu və qüvvətli idi. Onun haqqında kənddə deyərdilər ki, guya bir gün qonşunun öküzü kəndiri qırıb qaçır, o da qabağına çıxan Abbasdan heyvanı saxlamağı xahiş eləyir, Abbas da öküzü quyruğundan tutub saxlayır – yəni kişlinin gücü o qədər çox idi. Bəlkə belə olduğuna görə də kəndə Şura hökumətinin adamları gələndə, bu pəhləvan cüssəli gəncə milisdə işləməyi təklif etdilər. Abbas əvvəlcə istədi ki, imtina eləsin, amma sonra nə fikirləşdisə, razılaşdı.

Oxu »

QƏDİR GECƏSİ

Dərc etdi 3 Ноябрь 2011 rubrika Hekayələr. Şərhlər: 0

LA MEZQUITA ESSALAM DE ROTTERDAM, LA MÁS GRANDE DE HOLANDA Y DEL OESTE DE EUROPAVüqar Dəmirbəyl

QƏDİR GECƏSİ

Hekayə

   Mürsəlin yaşı qırxı yenicə haqlamısdı, özü isə bir neçə ay idi ki, yoxsulluq üzündən, Azərbaycanı tərk eləyərək, arvadını və uşaqlarını da götürüb Almaniyaya  gəlmiş və burada ucqar bir kənddə məskən salmışdı. Bir gün Mürsəl həmin kənddə yaşayan, artıq tanış olmağa imkan tapdığı türklərin birindən eşitdi ki, Ramazan ayı başlayıb və yeddi-səkkiz kilometr aralıdakı türk camisində bu münasibətlə hər gün pulsuz yemək verirlər. Mürsəl bircə həmin adamdan almanların camiyə nə dediklrəini soruşdu, o da cavab verdi ki,  “Moschee”. Bundan sonra Mürsəl özünü düzəldib deyilən yerə səfərə hazırlaşdı. Əvvəl istədi arvad-uşağı da özüylə ğötürsün, sonra fikirləşdi ki, bəlkə buna yaxşı baxmazlar və yol da уzaqdı, ona ğörə də tək getməyi qərara aldı. Amma arvadına xəbərdarlıq eləməyi də unutmadı:

   — Bəlkə mən ğecəni elə orada qaldım, camilərdə yatmaq üçün yer olmamış deyil. Heç narahat olma, bircə gözün uşaqların üstündə olsun. Oxu »