RAF

Dərc etdi 2 Июнь 2014 rubrika Hekayələr. Şərhlər: 0

rafstarVüqar Dəmirbəyli

RAF

Hekayə

1968 — ci ildə İran şahı, əslən azərbaycanlı olan Məhəmməd Rza Pəhləvinin Qərbi Almaniyaya səfəri ərəfəsində bu ölkə sovetlərlə qarşıdurmanın ən yüksək pilləsinə çatmışdı. Artıq yeddi il idi ki, Berlin divarı rusların əlində olan sosialistləş-dirilmiş alman Şərqini, amerikan-ingilis müstəmləkəsi olan alman Qərbindən ayırırdı. Bu qarşıdurma özü də birinci növbədə dünya ağalığı uğrunda mübarizə aparan ruslarla amerikan-ingilis qarşıdurması idi.

1947-ci ilin fevralında fəaliyyətini bərpa etmiş alman qəzetləri amerikan prezidenti Harri Trumenin “Kommunizmə qarşı mübarizə” doktrinasını dərc etdilər.

Bu doktrina elan edildikdən sonra Qərbi Almaniya anti-sovet mübarizəsinin ən əsas məkanla-rından birinə çevrilmişdi. Yeni, müharibədən sonrakı amerikan-ingilis siyasəti olduqca tez bir vaxtda dünən “hərbi cani” deyə mühakimə etdiyi alman nasional-sosialistlərinin içərisindən böyük bir qismini, daha çox keçmiş hərbi mütəxəssisləri, generalları, başqa zabitləri, hətta nasional-sosializmin bir çox ideoloqlarını belə həbsdən azad edərək, onlara sovetlərə qarşı yeni döyüşə hazırlaşmaq üçün təlim keçməyə başladı. Müstəmləkə əsarətinin ilk aylarında qadağan edilmiş alman millətçi qəzetləri bərpa edilərək indi də anti-sovet təbliğatını yaymağa başladılar. Hətta kolabaronistlər, yəni müharibə vaxtı Vermaxtın tərəfində vuruşmuş, ancaq amerikan-rus qarşıdurmasının başlanması ilə Sovet İttifaqına göndərilməkdən, yəni ölümdən yaxa qurtara bilmiş etnik legionların keçmiş üzvləri, eləcə də rus millətçiləri amerikanlardan siyasi və maliyyə dəstəyi aldılar. Oxu »

MƏN VƏ ARNO

Dərc etdi 2 Июнь 2014 rubrika Hekayələr. Şərhlər: 0

imagesVüqar Dəmirbəyli                 

MƏN VƏ ARNO

Hekayə

Arno balaca bir oğlan idi. Mən onu ilk dəfə kiçik bir qatarda — cəmisi iki vagonu olan köhnə bir qatarda ğörmüşdüm. O özü yaşda olan başga oğlanlarla, sinif yoldaşları ilə birlikdə həmin bu qatarda ğedirdi. Mən onların yanından ötmək istəyəndə birdən bu uşaglar almanca nəsə deyərək, hamısı bir ağızdan:

— Hey, Arno, Arno!.. – deyə qışqırmağa və gülməyə başladılar.

Onlardan ən irisi deyəsən daha ucadan ğülürdü, ya nəydimi, amma məhz o Arnonu daha çox qıcıqlandırdı və bu çəlimsiz zəif oğlan birdən həmin yekəpərin — özündən az qala iki dəfə uca və vücudlu id olan yeniyetmənin üzərinə atıldı. Mən Arnonun vuruşmağa bu atılmasında cəsarətdən, hünərdən daha çox bir ümidsizlik, bir fəryad ğördüm. Arno rəqibini yıxmağa bir neçə dəfə uğursuz cəhd ğöstərəndən sonra ondan qat-qat ğüclü olan oğlanın altına düşdü.

Alman sərnişinlər, heç nə olmayıbmış kimi, onların yanından ötərək yollarına davam edirdilər, amma mən bu gördüyümə biganə qala bilmədim və yaxinlaşıb, həmin oğlanı Arnonun üstündən qaldırdım. Arno ağlayırdı; onun sifəti qıpqırmızı qızarmış, üzündən axan təri göz yaşlarına qarışmışdı. Ayağa durandan sonra mən onu başqa vaqona keçirib boş oturacaqlardan birində əyləşdirdim; onun yoldaşları indi də Arnonu rahat buraxmaq istəmir, yenə də “Arno, Arno” deyib qışqırırdılar. Mən ona bir az təskinlik vermək istədim:

— Mach dir keine Sorgen, bald wirst du das vergessen (Fikir eləmə, bir azdan yadından çixacaq).

— Bist du Türke? (Sən türksən?) – birdən Arno mənim sifətimə belə baxmaq istəmədən soruşdu.

Azərbaycanda olanda bəlkə də hamıdan çox “biz də türkük” deyib səs-küy salanlardan, “Turandan”, “Türküstandan” dəm vurub, milli azlıqlara qıcıq verənlərdən biri də mən idim. Amma bir neçə il Almaniyada yaşayandan və burada türklərə olan münasibəti görəndən sonra onlarla olan qohumluğumu hər yolla gizlətməyə çalışırdım. Almaniyada əcnəbilərə olan münasibət ümumiyyətlə pisdir, amma burada heç kimlə — afrikalılar olsun, çinlilər, ya papuaslarla eskimoslar olsun — türklərlə olduğu kimi davranmırlar. Yəni Almaniya üçün ən aşağı “insan cinsi” varsa, bu da türklərdir, sonra da yerdə qalan müsəlmanlar. Almaniyada xaricilərə “sən” deyə müraciət eləyirlər, əsasən də türklərə və ya müsəlman ölkələrindən olan əcnəbilərə.

İndi bu uşağın mənə bu cür münasibət bəsləməsi mənə toxundu. Amma ürəyimdə daha çox böyükləri — onun valideynlərini, müəllimlərini qınadım. “Eh, almanlar, hanı sizin ağzınız köpüklənə-köpüklənə danışdığınız o mədəniyyətiniz? Uşaqlarınıza verdiyiniz tərbiyə budurmu? Heç uşaqları da yadlara nifrət ruhunda böyütmək olarmı?” – deyə düşündüm.

Oxu »

XƏYANƏT

Dərc etdi 29 Май 2014 rubrika Hekayələr. Şərhlər: 0

Liebsdrreck

Vüqar Dəmirbəyli

XƏYANƏT

Hekayə

 

Pərviz deyəndə ki, Nəzrinin ona marağı var, Ramini çox qəribə, həm də xoş bir hiss bürüdü. Başqa cür necə ola bilərdi axı: belə gözəl bir qızın diqqətinə layiq olmaq hər halda az iş deyildi. Bu da, şübhəsiz, Ramində qıza qarşı əks-maraq oyatmaya bilməzdi. Düzdü, o əvvəlcə özünü Pərvizin qarşısında bir az narahat hiss elədi, sanki dostunun verdiyi xəbərin onda yaratmış olduğu  həmin gözəl, xoş hisslərə görə. Amma Raminə elə gəldi ki, bunu gizlətmək daha qeyri-səmimi olar. Ona görə də dedi:

— Əgər sənə bir kişi desə ki, bir qızın, qadının ondan xoşu gəlməsi haqqında xəbər ona ləzzət eləmir, demək o yalan danışır.

Bununla da məsələ o vaxt bitmişdi. Baxmayaraq ki, Pərviz bundan sonra da Nəzrinin Raminə olan münasibəti və artan marağı haqqında dostuna bir neçə dəfə də danışdı, tezliklə bu söhbətlər kəsildi. Ramin düşünürdü ki, əgər Pərviz Nəzrin haqqında ona belə şeylər danışmasaydı, o da öz tərəfindən həmin qıza heç vaxt maraq göstərməzdi.

O biri tərəfdən dostunun Nəzrinə olan münasibəti, onun iztirabları Ramini haldan çıxarırdı. Pərvizin dediyinə görə bu onun üçüncü məhəbbəti idi. Birinci qıza o öz məhəbbətini açıb deyə bilməmişdi. İkincisi, dediyinə görə, onu heç həndəvərinə də buraxmamışdı, demişdi ki, get tayını tap. Bütün bunları Pərviz ona o qədər tez-tez danışırdı ki, Ramin də artıq hər iki tarixçəni əzbər bilirdi. Nəhayət bir gün Pərviz ona üçüncü məhəbbəti haqqında danışanda bu xəbəri də Ramin sakitcə qəbul etdi. Ümumiyyətlə, bu cür tarixçələrə Ramin istehza ilə yanaşar, onları ciddiyə almazdı. Nə qədər, neçə belə hadisələr olmuşdu onun gözü qabağında, neçə dəfə ona oxşar məhəbbət tarixçələri danışmışdılar; həyəcandan əsə-əsə, qızararaq, deyərək ki, o qızsız yaşaya bilmirlər, ya o qız, ya da qəbir, daha nə bilim nə kimi cəfəng şeylər. Belə söhbətlər Ramini çox vaxt qıcıqlandırardı, çünki o qadınlara heç vaxt ciddi münasibət bəsləməzdi; ancaq kefi istəyəndə onlardan biri ilə maraqlı vaxt keçirmək, ya da qısa müddətə bir qızı ələ gətirmək haqqında düşünərdi. Amma bu cür məhəbbət tarixçələrinin onu qıcıqlandırdığını da büruzə verməzdi — xoşlarına gəlir, qoy danışsınlar. Sonra deyəsən bu cür tarixçələr onu hətta əyləndirməyə başladılar.

Oxu »

KÖLGƏ

Dərc etdi 29 Май 2014 rubrika Hekayələr. Şərhlər: 0

 

schattenVüqar Dəmirbəyli

KÖLGƏ

Hekayə

Azad neçə gün idi ki, xəstəxanada yatırdı, əsəb xəstəlikləri şöbəsində. Palatada indi tək idi, onunla qalan daha iki nəfər isə xəstəxananın həyətində gəzməkdə idilər. Azad özünə yer tapa bilmir, otaqda var-gəl edir, çarpayıya uzananda da yerində o yan-bu yana çevrilirdi. Sanki onu nə isə həddindən çox narahat edirdi və bundan yana hətta elə bil çətinliklə nəfəs alırdı. Birdən qapı döyüldü və içəriyə ağ xələtdə bir qadın girib dedi:

— Qədimov, sizin üçün indi müsahibə olacaq. Həkimlər sizi gözləyirlər.

Azadın üzü ümidlə işıqlandı. O tələsik paltarını, saçlarını nizama salıb, dəhlizə çıxdı. Geniş bir dairədə düzülmüş kürsülərdə həkimlər – daha çox qadın həkimlər – oturmuşdular; hamısının əynində kraxmallı ağ xələt, başlarında isə elə ağ papaq vardı. Azad  yaxınlaşan kimi, onu mərkəzdə qoyulmuş ayrıca kürsüdə oturmağa dəvət etdilər. Oturan kimi də dərhal həkimlər ona suallarını yağdırmağa başladılar:

— Özünüzü necə hiss edirsiniz?

— Qorxularınız azalırmı?

— Sizə yazılmış dərmanları qəbul edirsinizmi, xəstəxana rejiminə əməl edirsinizmi?

— Yeməyiniz qaydasındadırmı?

— Necə yatırsınız?

— Siz ən çox narahat edən nədir?

— Başqa nədən şikayətiniz var? Bir yeriniz ağrıyırmı?

Azad bütün bu suallara sakitcə, təmkinlə cavab verməyə çalışırdı: bəli, o dərmanlarını vaxtlı-vaxtında qəbul edir, həkimlər nə desə, yerinə yetirir. Yeməyi də, yatmağı da qaydasındadır. Amma bədənində ağrılar olmasa da, özünü çox pis hiss edir. Qorxuları keçmək bilmir və ona olmazın əziyyət verir.

Oxu »

QARANLIQ

Dərc etdi 27 Апрель 2014 rubrika Hekayələr. Şərhlər: 0

DunkeljeitVüqar Dəmirbəyli

QARANLIQ

Hekayə

Ləbi uzaq bir əyalətdən Bakıya oxumağa gəlmişdi və indi Bakının ətrafındakı “naxalstroylardan” birində bir “mənzildə” kirayədə qalırdı. Şəhərin kənarındakı avtobus dayanacağından bir az aralanandan sonra “naxalstroy” başlayırdı. Hələ ona çatmamış ən birinci gözə dəyən iri bir zibillik idi, bu o qədər iri zibillik idi ki, dənizdən qağayılar da uçub buraya yem dalınca gəlirdilər. Bu zibillikdən sonra da “naxalstroy” başlayırdı: əyri-üyrü küçələr, köndələn, necə gəldi, plansız, qeyri-qanuni tikilmiş evlər. Mənzil qıtlığı ucbatından şəhər rəhbərliyi də bu “naxallığa” göz yumurdu, bu qeyri-qanuni, özbaşına salınmış qəsəbəni görməməzliyə vururdu. Burada məskən salanlar əsasən Azərbaycan əyalətlərindən gələnlər idi; uzun illər zavodlarda fəhlə işləyib, illərlə ev növbəsində durandan sonra həmin adamlar özlərinə belə bir yerdə ev tikməyə qərar verirdilər. Amma burda da gərək uçastkovunu-zadı, yəni ki, milisin bu sahə üzrə müvəkkilini görəydin, yoxsa kim idi ki, səni belə asanlıqla ev tikməyə qoyan. Sonra bəziləri bu evləri satırdılar da. Sənədsiz-filansiz evi də satmaq olarmı və satmaq olarsa, onda nə təhər olar? Burada məsələ bir az qəliz idi. Amma yenə də “uçastkovunun” canı sağ olsun, ona bir az “hörmət eləyəndən” sonra özü işi düzüb-qoşurdu, yəni bu qeyri-qanuni evin indi də başqa adama mənsub olduğunu qəbul edirdi. Burada belə ev alanlar arasında aspirantlar, ali məktəb müəllimləri də varıydı. Çoxları ümid edirdilər ki, nə vaxtsa şəhər onlara mənzil verəcək, onda da buradakını satıb oraya köçəcəklər.

Oxu »

SÜPÜRGƏSATAN

Dərc etdi 27 Апрель 2014 rubrika Hekayələr. Şərhlər: 0

BildsVüqar Dəmirbəyli

SÜPÜRGƏSATAN

Hekayə

Qafil Qazaxın Köçvəlli kəndindən idi. Böyür-başda olan o biri kəndlər, Sadıqlı, Muğanlı, ya başqası olsun, il boyu Tiflis bazarını meyvə-tərəvəzlə təmin eləyəndə, köçvəllilərin də işi yayı-qışı süpürgə bağlayıb, onu Tiflisə daşımaq idi.

Kəndlərinin yanındakı sahədə süpürgə kolları bitirdi, Qafili də evdən lap xırda yaşlarından oraya süpürgə yığmağa göndərərdilər, təbii, tək yox, kəndin başqa uşaqlarıyla bahəm. Süpürgə il boyu bitirdi, amma onu yığmaq asan iş deyildi. Yayda qan-tərə batırdın, süpürgə kolları bədənini dalaq-dalaq eləyirdi, biz kimi nazik, iti, xırda yarpaqları da paltardan keçib içəriyə dolur, adama od tuturdu. Qışda da sazaqdan süpürgə kolları qatıb qamışa dönür, həm əllərini kəsir, həm də dondururdu. Qafil süpürgədən yığıb evə gətirər, evdəkilərlə bərabər süpürgə bağlayar, sonra da onu Tiflisə aparmaq üçün damın bir küncündə qalaq-qalaq yığardı.

Qafil ta məktəbi qurtarana kimi süpürgəni yığıb-bağlayıb, satmaqla məşğul oldu. Pulu da həmişə gətirib son qəpiyinə kimi anasına verərdi, Tiflisdə o biri uşaqlar nə qədər desə də, kefə-damağa uymazdı. Elə məktəbi bitirəndən sonra da süpürgəçilikdən əl çəkmədi.

Pirməmməd dedikləri bir məktəb yoldaşı var idi, o da süpürgəçiliklə məşğul olurdu. Elə neçə illər idi ki, bir yerdə süpürgə yığar, Tiflisə bir yerdə gedər, orada da malı xırıd eləyib, bərabər geriyə dönərdilər. Qafilin dayısı “samasvaltı” sürürdü, Tiflisdən qum, sement daşıyırdı. O tərəfə boş getdiyindən süpürgəni elə onun “samasvaltınaca” yükləyib, daşıyardılar Tiflisin bazarına. Amma bir gün Qafilin dayısı “samasvaltınnan” bir yerdə harasa bir tikintidə işləməyə getdi, bunlar da özlərinə başqa maşın axtarası oldular. Oxu »

SOLLAR

Dərc etdi 25 Апрель 2014 rubrika Hekayələr. Şərhlər: 0

images1-300x247Vüqar Dəmirbəyli

SOLLAR

Hekayə

Hər şey Bundestaqın —  ümumalman məclisinin Hartz IV qanununu qəbul etməsindən sonra başladı. Onun müəllifi Hartz familiyalı bir adam idi, özü də bu onun qırmızı-yaşıl, yəni sosial-demokratlarla yaşılların hökuməti tərəfindən qəbul edilmiş dördüncü qanun layihəsi idi. Buna görə də bu qanuna Hartz IV deməyə başladılar. Yaxşı, bu Hartz zalım oğlu necə bir qanun layihəsi ortaya qoydu ki, Almaniya bir-birinə dəydi?

Adətən belə hesab edilir ki, fransızlar üsyankar xalqdırlar və inqilabi ruha malikdirlər: görün, son iki yüz ildə onlarda neçə inqilab olub. Almanlara qalanda isə, onların işi ilk növbədə qanuna əməl etmək, hökumətin tələblərini yerinə yetirmək və nizam-intizamı, təmizliyi, səliqə-səhmanı gözləməkdir. Itaətsizlik edib küçələrə çixmaq, nümayişlər keçirmək, barrikadalar qurmaq almanların işi deyil.

Amma sən demə, almanların da üsyankar ruhu varıymiş, sadəcə onlara güclü bir təkan lazım imiş.  

Hartz IV qanununun hökumət tərəfindən qəbul edilməsinə qarşı narazılıqlar əvvəlcə Şərqi Almaniyada, yəni keçmiş DDR ərazisində başladı. Almaniyanın əvvələr sosialist rejimin hökmran olduğu şərqinin qərbinə birləşdirilməsi orada vəziyyəti bir yandan yüngülləşdirmiş, bir yandan isə daha da ağırlaşdırmışdı. Almaniyanın birləşməsinə lazım olan bir neçə trilyon markanı məlum idi ki, ən böyük alman şirkətləri və konsernləri ödəmişdilər. Almaniyanın birləşməsi elan olunan kimi də bu şirkətlər sözün əsil manasında şərqə doğru hücuma keçdilər. Beləcə, hökumətin verdyiyi dəstək və  imtiyazlardan faydalanaraq həriflər tez bir zamanda, az qala ildırım sürətilə Şərqi Almaniyanı öz nəzarətləri altına aldılar.  Keçmiş sosialist quruluşundan qalmış, kommunist partiyasına və ictimai qurumlara aid olan yerləri, binaları, fabrikləri pulsuz — rəmzi olaraq bir marka ödəməklə ələ keçirdilər. Sosializmin çəngəsindən yenicə qurtarmış Şərqi Almaniya əhalisi indi də vəhşi, yırtıcı kapitalizmin əlinə düşdü. 2001 — ci ilin payızında «Terrorçuluğa qarşı mübarizə» elan edəndən sonra isə Qərb öz yeni siyasətini «neoliberalizm» adlandırdıı. Bu da 2002-ci ildə avro pul sisteminə keçilməklə yanaşı yırtıcı kapitalizmin artıq Qərbi Almaniyada da öz zəfər yürüşünə başlamasına gətirib çıxardı.   Oxu »

SON GÖRÜŞ

Dərc etdi 25 Апрель 2014 rubrika Hekayələr. Şərhlər: 0

загруженное

Vüqar Dəmirbəyli

SON GÖRÜŞ

Hekayə

Bir gün necə oldusa, gəlib kiçik bir alman şəhərciyinə çıxası oldum, sonra elə burda da özümə məskən saldım.

Almaniyanın böyük şəhərləri bu gün o qədər cəzbedici deyil: səs-küylü, izdihamlıdırlar, çirkli yeraltı keçidləri, natəmiz, qoxuyan metro stansiyaları isə ürək bulandırır.

İndi isə bu kiçik şəhəri – Qrünberqi görən kimi ona vuruldum və buraya köçməyə qərar verdim. Tək adama nə köçmək? Olan pal-paltarı, qab-qacağı, kitabları iki çamadana yükləyib burada tapdığım kiçik bir mənzilə köçdüm.

Bura gələn kimi əvvəlcə ətrafı bir az gəzib dolaşdım, şəhərciyin hər tərəfinə baş vurandan sonra da əlimə bir çəlik götürüb ətrafdakı düzənliklərə, meşələrə üz qoydum.

Əgər doğrudan da cənnət varsa, onda bu həmin kiçik alman məskənləridir. Təmiz, yamyaşıl, sıx otlarla örtülmüş çəmənliklərin arasından keçən bir cığıra düşüb gedirsən, başın üzərindən qaqqıldaya-qaqqıldaya dəstəylə ördəklər uçur, daha yüksəkdə qartallar qanad açıb dövrə vururlar, bir tərəfdən də şırhaşır axan arxlara rast gəlirsən. Bu təmiz, gözəl havanı uda-uda meşəyə girəndə isə tam başqa bir aləm ilə qarşılaşırsan. Gah qabağında şıqqıltı eşıdib səkən cüyürü görürsən, gah da ayağının altından  qaçan dovşanı. Amma bu təbiət tam vəhşi təbiət deyil. Bu sanki insana, insan məskəninə yaxınlaşdırılıb. Bu sanki insanla təbiət arasında bağlanmış bir müqavilədir: sən mənə kömək edirsən, mən sənə…

Səhərciyin köhnə hissəsi isə yenə də olduqca valehedici idi. Min ildən artıq yaşı olan bu şəhərcik beş-altı yüz illik tarixini qoruyub saxlayır: qədim memarlıq üslubunda tikilmiş binalar, nağıla, əfsanəyə bənzər  evlər, daş döşənmiş küçələr, divarlarda, qapılarda neçə yüz ildən qalmış yazılar.

Mən bu şəhərcikdə ilk tanış olduğum adam kitabxanada işləyən bir qadın idi. O mənim buraya təzə gəldiyimi eşidəndə mənə mühacirət idarəsinə getməyi məsləhət gördü və dedi ki, onlar təzə gələnlərə kömək edirlər. Həmin idarə elə mərkəzdə idi, oraya çatan kimi məni Ştefan Vimerin yanın apardılar. O isə ayağa qalxıb mənə əl verdi və özünü bir daha təqdim etdi:

— Stefan Wiemer, Sozilarbeiter (Mən Ştefan Vimerəm – sosial işçi).

— Ich heiße Ayaz Safarov (Mənimsə adım Ayaz Səfərovdur), — deyə özüm təqdim etdim. Oxu »

UCUZ OTELİN SAHİBİ

Dərc etdi 25 Апрель 2014 rubrika Hekayələr. Şərhlər: 0

 

1247931445_muzhik Vüqar Dəmirbəyli

UCUZ OTELİN SAHİBİ

Hekayə

Mən Almaniyaya yeni gələndə məni Bakıdakı dostlarımın tanış etmiş olduğu bir nəfərin yanında qalırdım. Bu adam isə, mən ona hələ Bakıdan telefonda Azərbaycandan gətirib Almaniyada köhnə mis qablar, xalq musiqi alətləri və bəzək-düzək əşyaları satmaq istədiyimi deyəndə çox sevinmiş və məni dərhal bu ölkəyə dəvət etmişdi: o ümid edirdi ki, bu işlərin sayəsində tezliklə varlana bilər.

Mən Almaniyaya gəlib onun mənzilində yerləşəndən sonra biz onunla bu dediklərimi götürüb harada gəldi göstərməyə, onları bizim düşündüyümüzə görə olduqca sərfəli qiymətə təklif etməyə başladıq. Daha getməyimiz yer qalmadı: dükanlara, cürbəcür cəmiyyətlərə, hər cür təşkilatlara baş vurduq, amma uğur bizə gülümsəmədi ki, gülümsəmədi: heç kim bu malları almaq istəmirdi. Bəlkə bu həm də on görə idi ki, bizim heç birimiz əvvəllər ticarətlə məşğul olmamışdıq.

Mənim Almaniyadakı qəyyumum artıq yaşlanmışdı; o, uzun, ağarmış saqqalını səhərlər xüsusi qayğıyla darayar, çəliyini isə bayıra çıxanda həmişə özü ilə götürərdi. Bu kişi Rusiya almanlarından idi, Qazaxıstanda böyümüşdü və dediyinə görə uzun müddət orada mötəbər elmi institutlarda çalışmışdı. Oxu »

HƏKİMİN OĞLU

Dərc etdi 29 Декабрь 2013 rubrika Hekayələr. Şərhlər: 0
Hekimin oglu

Rəssam Mixail Nesterov

Vüqar Dəmirbəyli

HƏKİMİN OĞLU

Hekayə

Tanınmış alman yazıçısı, tarixi romanlar müəllifi Maria Regina Kaiserin Vüqar Dəmirbəylinin “Həkimin oğlu” və digər hekayələri haqqında yazdlqları:

Çox hörmətlii, əziz cənab Aslanov! Arada Sizin bir neçə hekayəinizi oxudum: “Pambıq plantasiyaları”, “Süddaşıyan” və “Həkimin oğlu”. Məm onlardan çox, həddən çox təəsssüratlanmışam. “Həkimin oğlu” öz çoxmənalılığı ilə olduqca narahatedici və düşündürücüdür. Mən onu hətta iki dəfə oxudum. “Pambıq planatasiyalarında” və “Süddaşıyan» hekayələri də çox gözəl və uğurlu nəsr nümunələridir… Mən sizdən indi daha çox oxumaq istəyirəm. İndii də sizin bir romanınızı oxumaq istəyərdim…

Bu gün üçün səmimi salamlar və tam bir həmkar heyranlığı ilə

Maria Regina Kaiser”.

12.10.2008 http://www.histo-couch.de/maria-regina-kaiser.html

                                                                      ***

Qəsəbədə həkimlər ən çox hörmət olunan və sevilən sənət sahibi idilər. Amma onların da içində sayılıb-seçilmişləri vardı və hamı çalışardı ki, məhz belə həkimlərə müraciət etsin. Bununla belə bir həkim də vardı ki, bütün ətrafda ən təcrübəli, təbabəti dərindən bilən bir adam kimi ad çıxarmışdı.

Bu həkim artıq uzun illər  idi ki, qəsəbə əhlini müalicə edirdi. Ən təəccüblüsü isə buydu ki, onun elə bir texniki imkanları olmaya-olmaya xəstələrə qoyduğu diaqnozu sonradan ən böyük şəhərlərdə, ən tanınmış xəstəxanalarda belə inkar edə bilmirdilər.

Bu həkim adətən xəstəni başqaları kimi uzun-uzadı müayinə etməzdi, amma o da əvvəlcə xəstənin ürəyinə qulaq asar, ciyərlərini dinləyər, dilinin və sifətinin rənginə diqqət edərdi.  Bundan sonra isə diqqətlə xəstənin gözlərinə baxaraq, onun şikayətinə qulaq asar, sonra da ona necə müalicə oluna biləcəyini deyərdi. Onun nə vaxt öz diaqnozunu elan edəcəyini xəstənin yaxın adamları gərgin intizar içində gözləyər, bunu bir hökm kimi qəbul edərdilər. Həkimsə heç vaxt tələsməzdi, xəstənin müayinə edib qurtarandan sonra da uzun-uzadı heç nə danışmaz, sanki insanın xəstəliyini daha dərindən anlamaq istəyərdi. Xəstənin yaxınlarının ən çox qorxduğu isə o idi ki, birdən həkim heç nə deməyib eləcə qüssə ilə başını bulamaqla kifayətlənər. Bu o demək idi ki, həmin xəstəyə kömək etmək daha mümkün deyil və o tezliklə öləcək. Amma bəziləri həkimin bu rəyi ilə razılaşmaq istəmir və xəstəni başqa, böyük şəhərlərdəki tanınmış xəstəxanalara aparmağa davam edirdilər. Çox vaxt belə, xeyli pul tələb edən müalicə doğrudan da xəstənin halının yaxşılaşmasına səbəb olurdu. Bunu görəndə həmin xəstənin qohumları şayiə yaymağa çalışırdılar ki, qəsəbədəki həkimin şöhrəti heç də həqiqətə uyğun deyil. Özünüz baxın, görün, onun ümidsiz hesab elədiyi xəstənin, o daha yaxşı həkimlərdən müalicə alıb evinə qayıdandan sonra, kefi necə durulub, heç xəstəlik daha yadına da düşmür. Amma bir az da keçmiş xəstənin halı yenə də pisləşirdi və adətən bu bədbəxti daha ona həyat vəd etmiş həkimlərin yanına aparmağa da imkan olmurdu: o tezliklə vəfat edirdi. Bu cür hadisələr qəsəbənin ən məşhur həkiminin şöhrətini illər keçdikcə daha da artırar, insanların ona inamını getdikcə çoxaldardı. Oxu »