Vüqar Dəmirbəyli haqqında

Dərc etdi 19 Январь 2013. Şərhlər: 0

Vüqar AslanovVüqar Dəmirbəyli (Vüqar Nurəddin oğlu Aslanov) 1964-cü ildə Goranboy şəhərində anadan olub. 1990-cı ildə BDU-nun filologiya fakültəsini bitirmişdir. 1990-cı ildən başlayaraq «Tərəqqi», «Vışka», «Addım» və «Yol» kimi qəzetlərdə işləmiş və ya yaxından əməkdaşlıq etmişdir. 1995-ci ildə «Kompas» ədəbi-ictimai qəzetini və 1996-cı ildə «Səmt» informasiya agentliyini təsis etmiş, həm də onların baş redaktoru və direktoru işləmişdir. 1997-ci ildə onun «Gənclik» nəşriyyatı tərəfindən «Süddaşıyan», 1999-cu ildə isə «Ozan» nəşryyatı tərəfindən «Amerika kəşfiyyatçısi Azərbaycanda» nəsr kitablari çap olunmuşdur. Bundan başqa «Azərbaycan», «Ulduz», «Literaturnıy Azerbaydjan» və «Çıraq» ədəbi jurnallarında hekayə və povestləri dərc edilmişdir.

Dəmirbəyli 1998-ci ildə Almaniyaya mühacirət etmişdir. O, filmşünaslıq, teatrşünaslıq və slavyan filologiyası üzrə Mainz, Frankfurt və Gissen universitetlərində təhsil almışdır. Dəmirbəylinin „Wostok“ və „Kulturaustausch“ jurnallarında, Frankfurter Neue Presse, «Neues Deutschland», Frankfurter Rundschau, taz, Salzburger Nachrichten, Thüringer Allgemeine, „Volksstimme“, Schweriner Volkszeitung, Mittelbayerische Zeitung, Moskauer Deutsche Zeitung, Lausitzer Rundschau qəzetlərində Azərbaycan, Rusiya, Qafqaz, Xəzər bölgəsi və Orta Asiya ilə bağlı yazıları çap olunmuşdur. Bundan başqa o Almaniyanın müxtəlif şəhərlərində Azərbaycanın və digər postsovet dövlətlərinin tarixi, mədəniyyəti və iqtisadi-siyası vəziyyəti ilə bağlı məruzələr etməkdə və öz əsərlərinin ədəbi oxusunu keçirməkdədir.

Dəmirbəylinin «Pambıq plantasiyalarında» povestinin 2004-cü ildə Bavariya radiosunda ədəbi oxusu keçirilmişdir. Berlində yerləşən «Wostok» nəşriyyatı 2007-ci ildə onun «Auf den Baumwollfeldern» («Pambıq plantasiyalarında») adı altında hekayələr toplusunu, 2012-ci ildə isə «Die verspätete Kolonne» («Division») romanını alman dilində çapdan buraxmışdır.

2011-ci ildə Dəmirbəyli Felix Lenz ilə birgə yazmış olduğu „Diananın xidmətçiləri“ (Dianas Bediener) ssenarisinə görə Hessen Kino Fondunun stipendiyasına layiq görülmüşdür.

Həmin ildə də «Aleteya» nəşriyyatı (Sankt-Peterburq) Dəmirbəylinin «Divizion» romanını rus dilndə çapdan buraxmışdır.

Vüqar Dəmirbəyli «Die Kogge» Avropa Yazıçılar Birliyinin üzvüdür.

www.vougar-aslanov.info

www.vougar-aslanov.ru

 

 




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 4 + 3 ?
Please leave these two fields as-is: