TÜRKİYƏ ALMANİYASI

Dərc etdi 5 Август 2014 rubrika Hekayələr. Şərhlər: 0

2u92w75Vüqar Dəmirbəyli

TÜRKİYƏ ALMANİYASI

Hekayə

 

Almaniya bu gün əslində ancaq qismən Almaniyadır. Belə ki, indi Almaniya qismən həm də əcnəbi toplumlarının yaşadığı məhəllələrdən ibarətdir. Son illərə qədər ən çoxsaylı olan Türkiyə toplumunu indi burada «Rusiya almanları» adlandırılan, Qazaxıstandan çöllərindən gətirilmiş, kağız üzərində hələ də alman soyadını qismən saxlayan, qismən isə onu da itirmiş rus toplumu sıxışdırmaqdadır, ən birinci sayca. Çünkı Qazaxıstından Almaniyaya «rus almanlarının» gətirilməsi indi Almaniyanm dövlət siyasətidir və hər ay bu ölkədə minlərlə ,,rus almanına» alman vətəndaşlığı verilir. Və bu siyasət birinci növbədə əcnəbilərə, daha çox türklərə və ümumiyyətlə getdikcə bu ölkədə sürətlə artmaqda olan müsəlmanlara qarşı yönəldilmişdir. Əsasən keçmiş Sovet İttifaqından gətirilən yəhudilər daha çox ,,rus almanlan» gettosu ilə qaynayıb-qarışsalar da, onlara məxsus tərzdə o qədər də gözə çarpmamağa çalışır və altdan-altdan, bütün başqa məmləkətlərdə oldüğu kimi, burada da öz işlərini görürlər. Son illərin süni, kütləvi ,,rus almanı» — yəhudi miqrasiyası türk toplumunun və digər müsəlman toplumlarının və bütün gəlmələrin nüfuzuna güclü zərbə endirmiş, alman cəmiyyətində ciddi narahatlıq yaratmışdır. Sonuncu illərin mühacirləri, yəni ,,rus almanlan» və yəhudilər, xüsusən də birinciiər əwəlki gəlmələrdən özlərini qat-qat həyasız aparır və təkcə alman dövlətini deyil, bütövlükdə alman xalqını özlərinə borclu hesab edirlər: birincilər uzun illərin unutqanlığına görə, ikincilər isə yəhudi qırğınına görə. Həm də onlar tək özlərini Almaniyada yaşamağa və onun bugünkü nemətlərindən istifadə etməyə haqqı olan yeganə gəlmə toplum saymaqdadırlar və inanırlar ki, bütün yerdə qalan əcnəbiləri, xüsusən də türkləri, eləcə də başqa müsəlmanları, alman dövləti nə qədər gec deyil geriyə göndərməlidir. Müsəlman deyəndə çaşmamaq üçün, nəzərə almaq lazımdır ki, Almaniyada yaşayan müsəlmanlar da zatən bir-birini sevməyən ayrı-ayrı toplumlardan ibarətdirlər. Məsələn, ərəblərin, türklərin, iranlıların və digər çoxsaylı müsəlmanların hərəsinin öz məscidi var və biri o birinikinə heç vaxt ayaq basmaz. Bundan başqa türklərin aralarındakı kəskin siyasi ayrılıqlar onların dini cəhətdən də bölünməsinə gətirib çıxarmışdır. Belə ki, «Milli Görüş» ən böyük dini qurum olaraq təkcə Almaniyada deyil, bütün Avropa ölkələrində fəaliyyət göstərir. Başqa böyük qurumlar sırasına türkeşçilər, yaxud millətçilər daxildirlər ki, onlardan da indi ülgüçülər deyilən başqa bir qrup da ayrılmışdır. Bundan başqa ,,Dəyanət camisi» deyilən başqa bir qurum da vardır ki, onun da Türkiyə dövlətinə məxsus olduğunu söyləyirlər. Deyək ki, Mainz kimi orta bir şəhərdə indi haradasa on-on beş cami fəaliyyət göstərməkdədir. Nə isə bunlar bir tərəfə, amma Almaniyada bu gün baş verənlər erkən orta əsrlərin istər-istəməz ,,Xalqların böyük yerdəyişməsi» deyilən prosesini yada salır. Almanların özlərinə gəlincə, bu deyilənlərdən çox narahatdırlar, çıxış yolunu əcnəbilər artdıqca daha çox özlərini izolə etməkdə görürlər ki, bu da eyni ölkədə müxtəlif qütblərin yaranması prosesini daha da gücləndirir. Sağ əhval-ruhiyyə də Almaniyada yenidən güclənməkdədir və bəziləri bu gün də çıxış yolunu yad ünsürlärin daha da sıxışdırılmasında görürlər. Getdikcə sürətlə böyüməkdə olan əcnəbi toplumları burada indi evbəev, küçəbəküçə, məhəllələməhəllə yerləşirlər. Əcnəbi axını isə nəinki davam edir və hətta getdikcə çoxalır, buraya indi, müsəlman ölkələrindən və keçmiş Sovet Ittifaqından başqa, Cənub-Şərqi Asiyadan, hətta Latın Amerikasından belə gələnlərin sayı getdikcə artmaqdadır. Əgər ,,rus almanlarını» və yəhudiləri buraya rəsmən gətirməkdə davam edirlərsə, başqa ölkələrdən, xüsusilə də Türkiyədən gələnləri toplum öz mühafizəsi altına alaraq qoruyur, yəni ki, onların Almaniyada qeyri-leqal yaşamasını təmin edir. Türk toplumu əvvəlki illərə münasibətdə indi xeyli zəifləsə də yenə də mezvə-tərəvəz satışı kimi gəlirli bir sahəni öz əlində saxlaya bilir. Türklərin Almaniyadakı məhəllələrini isə tanımaq o qədər də çətin deyil. Çünki oradan, demək olar ki, almanlar, heç vaxt piyada keçmirlər, hər tərəfdə türksayağı alış-veriş, yeməkxanalar gözə çarpır, başı çarşablı qadınlar, əyni çirkli, üzü tüklü kişilər tənbəl-tənbəl o tərəf bu tərəfə gedir, ya da bir yerə yığışıb namazın vaxtını gözləyirlər. Bir də bu küçələr həm də natəmizliyi, tör-töküntülü olmaları, üfunətləri ilə fərqlənirlər, bu cür şeylərə öz təmizkarlıqları ilə tanınan almanların yaşadığı məhəllələrdə rast gəlmək mümkün deyil. Bu məhəllələrin hər tərəfində ucadan səslənən türk mahnılarının sədalarmı eşitmək mümkündür. Almaniyanın bəzi hissələrində axan bu həyat Türkiyədəki həyata o qədər bənzəyir ki, həmin bu hissələrin hamısını bir yerdə, ya da ayrı-ayrılıqda ,,Türkiyə Almaniyası» adlandırmaq olar.

                                                                        ***

Sakit iki gün idi ki, Frankfurtda azərbaycanlı tələbələrin yanında qalırdı. Hər ikisi Bakıdan gəlmişdi, orada artıq nəsə bir özəl universiteti birirəndən sonra Frankfurt universietinə qəbul olmuşdular.  Zahir dolu, ortaboylu, qarayanız bir oğlan idi, onun dayısı oğlu Elariz isə əksinə solğun bənizli, hündür və arıq idi. Sakit Zahirlə təsadüfən Frankfurtun dəmir yolu vağzalında tanış olmuşdu. O da Sakiti qaldıqları yerə gətirmişdi. Zahir burada, köhnə binanın ikinci mərtəbəsindəki  üçotaqlı mənzildəki otaqlardan birində Elarizlə bir eydə qalırdı, o biri otaqların isə hərəsində iki nəfər türk qalırdı.

 




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 4 + 5 ?
Please leave these two fields as-is: