RAF

Dərc etdi 2 Июнь 2014 rubrika Hekayələr. Şərhlər: 0

rafstarVüqar Dəmirbəyli

RAF

Hekayə

1968 — ci ildə İran şahı, əslən azərbaycanlı olan Məhəmməd Rza Pəhləvinin Qərbi Almaniyaya səfəri ərəfəsində bu ölkə sovetlərlə qarşıdurmanın ən yüksək pilləsinə çatmışdı. Artıq yeddi il idi ki, Berlin divarı rusların əlində olan sosialistləş-dirilmiş alman Şərqini, amerikan-ingilis müstəmləkəsi olan alman Qərbindən ayırırdı. Bu qarşıdurma özü də birinci növbədə dünya ağalığı uğrunda mübarizə aparan ruslarla amerikan-ingilis qarşıdurması idi.

1947-ci ilin fevralında fəaliyyətini bərpa etmiş alman qəzetləri amerikan prezidenti Harri Trumenin “Kommunizmə qarşı mübarizə” doktrinasını dərc etdilər.

Bu doktrina elan edildikdən sonra Qərbi Almaniya anti-sovet mübarizəsinin ən əsas məkanla-rından birinə çevrilmişdi. Yeni, müharibədən sonrakı amerikan-ingilis siyasəti olduqca tez bir vaxtda dünən “hərbi cani” deyə mühakimə etdiyi alman nasional-sosialistlərinin içərisindən böyük bir qismini, daha çox keçmiş hərbi mütəxəssisləri, generalları, başqa zabitləri, hətta nasional-sosializmin bir çox ideoloqlarını belə həbsdən azad edərək, onlara sovetlərə qarşı yeni döyüşə hazırlaşmaq üçün təlim keçməyə başladı. Müstəmləkə əsarətinin ilk aylarında qadağan edilmiş alman millətçi qəzetləri bərpa edilərək indi də anti-sovet təbliğatını yaymağa başladılar. Hətta kolabaronistlər, yəni müharibə vaxtı Vermaxtın tərəfində vuruşmuş, ancaq amerikan-rus qarşıdurmasının başlanması ilə Sovet İttifaqına göndərilməkdən, yəni ölümdən yaxa qurtara bilmiş etnik legionların keçmiş üzvləri, eləcə də rus millətçiləri amerikanlardan siyasi və maliyyə dəstəyi aldılar. Keçmiş kolabaronistlər və rus millətçiləri öz təşkilatlarını yaradaraq, tezliklə Sovet İttifaqına qarşı mübarizədə mühüm mövqe qazandılar.




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 4 + 9 ?
Please leave these two fields as-is: