SON GÖRÜŞ

Dərc etdi 25 Апрель 2014 rubrika Hekayələr. Şərhlər: 0

загруженное

Vüqar Dəmirbəyli

SON GÖRÜŞ

Hekayə

Bir gün necə oldusa, gəlib kiçik bir alman şəhərciyinə çıxası oldum, sonra elə burda da özümə məskən saldım.

Almaniyanın böyük şəhərləri bu gün o qədər cəzbedici deyil: səs-küylü, izdihamlıdırlar, çirkli yeraltı keçidləri, natəmiz, qoxuyan metro stansiyaları isə ürək bulandırır.

İndi isə bu kiçik şəhəri – Qrünberqi görən kimi ona vuruldum və buraya köçməyə qərar verdim. Tək adama nə köçmək? Olan pal-paltarı, qab-qacağı, kitabları iki çamadana yükləyib burada tapdığım kiçik bir mənzilə köçdüm.

Bura gələn kimi əvvəlcə ətrafı bir az gəzib dolaşdım, şəhərciyin hər tərəfinə baş vurandan sonra da əlimə bir çəlik götürüb ətrafdakı düzənliklərə, meşələrə üz qoydum.

Əgər doğrudan da cənnət varsa, onda bu həmin kiçik alman məskənləridir. Təmiz, yamyaşıl, sıx otlarla örtülmüş çəmənliklərin arasından keçən bir cığıra düşüb gedirsən, başın üzərindən qaqqıldaya-qaqqıldaya dəstəylə ördəklər uçur, daha yüksəkdə qartallar qanad açıb dövrə vururlar, bir tərəfdən də şırhaşır axan arxlara rast gəlirsən. Bu təmiz, gözəl havanı uda-uda meşəyə girəndə isə tam başqa bir aləm ilə qarşılaşırsan. Gah qabağında şıqqıltı eşıdib səkən cüyürü görürsən, gah da ayağının altından  qaçan dovşanı. Amma bu təbiət tam vəhşi təbiət deyil. Bu sanki insana, insan məskəninə yaxınlaşdırılıb. Bu sanki insanla təbiət arasında bağlanmış bir müqavilədir: sən mənə kömək edirsən, mən sənə…

Səhərciyin köhnə hissəsi isə yenə də olduqca valehedici idi. Min ildən artıq yaşı olan bu şəhərcik beş-altı yüz illik tarixini qoruyub saxlayır: qədim memarlıq üslubunda tikilmiş binalar, nağıla, əfsanəyə bənzər  evlər, daş döşənmiş küçələr, divarlarda, qapılarda neçə yüz ildən qalmış yazılar.

Mən bu şəhərcikdə ilk tanış olduğum adam kitabxanada işləyən bir qadın idi. O mənim buraya təzə gəldiyimi eşidəndə mənə mühacirət idarəsinə getməyi məsləhət gördü və dedi ki, onlar təzə gələnlərə kömək edirlər. Həmin idarə elə mərkəzdə idi, oraya çatan kimi məni Ştefan Vimerin yanın apardılar. O isə ayağa qalxıb mənə əl verdi və özünü bir daha təqdim etdi:

— Stefan Wiemer, Sozilarbeiter (Mən Ştefan Vimerəm – sosial işçi).

— Ich heiße Ayaz Safarov (Mənimsə adım Ayaz Səfərovdur), — deyə özüm təqdim etdim.

Vimer mənə yer göstərib nə üçün gəldiyimi soruşdu. Mən dedim ki, buralara yeni gəlmişəm, istəyirəm, bəzi mühazirələr-filan eləyəm, buradakı adamlara bir az bizim ölkələrdən danışam. Bizim  ölkələrdən deyəndə, yəni ki, keçmiş sovet respublikalarından, əsas da Qafqaz və Orta Asiya bölgələrindən. Sonra ona müəllif və jurnalist kimi indiyə qədər olan fəaliyyətimdən danışdım. Vimer bunu eşidəndə sevindi və tez bir vaxtda bu dediklərim üçün nə kimi imkanların ola biləcəyini yoxlayıb sonra mənə xəbər edəcəyini vəd etdi.

İki həftədən sonra Vimerdən məktub gəldi: o yazırdı ki, mənimlə görüşdən sonra belə bir tədbir keçirmək qərarına gəlib: bir neçə ölkədən gəlmiş müəllifləri toplayıb bir görüş təşkil etmək. Bundan sonra o, məndən başqa iki başqa müəllif də tapmış və şəhər kitabxanası ilə onun binasında tədbirin keçirilməsi ilə bağlı artıq razılığa da gəlmişdi.

Deyilən vaxta mən hazır oldum və alman dilinə tərcümə olunmuş hekayələrimdən birini götürüb Qrünberqin şəhər kitabxanasına yola düşdüm. Axşam saat səkkizdə görüş başla-malıydı. Mən içəri girən kimi, Wiemer yanında dayanmış bir nəfəri mənə təqdim etdi.

— Das ist Herr Rudolf Grohmann. Er arbeitet als Sozialarbeiter beim Diakonischen Werk und hat heutigen Abend mitorgansiert (Bu cənab Rudolf Grohmanndır. O Dyakon idarəsində sosial işçidir və bu günkü axşamı təşkil edənlərdən biridir).

Sonra isə məni ona təqdim etdi:

— Herr Ayaz Safarov, wie ich dir schon erzählt hatte, ist Schriftseller und Journalist aus Aserbaidschan (Cənab Ayaz Səfərov, sənə danışdığım kimi, Azərbaycandan gəlmiş yazıçı və jurnalistdir).

— Sehr angenehm, sehr schön, Herr Safarov (Çox xoşdur, çox gözəl, cənab Səfərov)! – Grohmann sevinc və fərəh hissi ilə mənim əlimi sıxdı.

Grohmann enlikürək, dolu bir adam idi, əzələli qollarından və davranışından hiss olunurdu ki, vaxtilə idmanla məşğul olub. İndiki iri qarnı və bir qədər süst görkəmi isə ondan xəbər verirdi ki, idmanı xeyli vaxtdı tullayıb — belə olanda isə adam tez bir vaxtda beləcə kökəlir. Biz onunla bir az ordan-burdan söhbət etdik – Azərbaycandan, insanların oradakı yaşayışından, mənim nə haqda yazmağımdan.

Bir azdan görüş başladı. Vimer başqa ölkələrdə yazıçıların və jurnalistlərin çəkdiyi çətinliklərdən, təqib olunan, həbsdə yatan müəlliflərdən danışdı. Sonra da dedi ki, bu cür adamların bir qismi də indi Qrünberqdə yaşayır.

Kitabı alın




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 9 + 9 ?
Please leave these two fields as-is: