MÜHACİRƏT

Dərc etdi 29 Декабрь 2013 rubrika Romanlar. Şərhlər: 0

MühaciretVüqar Dəmirbəyli

MÜHACİRƏT

Roman

Müahcirətdən əvvəl

Bu gün Azərbaycanda kimdən Almaniya haqqında soruş-sanız, o sizə bu ölkənin mədəniyyətinə, tarixinə yaxşı bələd olduğunu və hətta onu sevdiyini deyəcək. Azərbaycanlılar həm də əmindirlər ki, almanlar bütün dünyada ən ağıllı, istedadlı və işgüzar insanlardır. Bütün dünyada futbolu hamıdan yaxşı oynayan da, ən keyfiyyıətli avtomobilləri və başqa malları istehsal edən də onlardır. Bizim insanlar həm də deyirlər ki, Almaniya olduqca demokratik və ədalətli bir ölkədir.

“Mühacirət” romanınıda mən öz tərcümeyi-halımı yazmağı qarşıya məqsəd qoymamışam. Bu 80-90-cı illər Azərbaycan ədəbi gəncliyinin faciəvi taleyi və Almaniyaya gedən bir gənc yazıçının mühacirətdəki həyatı və mübarizəsi haqqındadır.

                                                                                                                                                                                                                                              ***

“Mən, Ayaz Səfərov, təxəllüsüm Bozdağlı, Almaniyaya mühacirət etmək qərarına necə gəldim? Keçmiş Sovet İttifaqının bir çox vətəndaşları kimi, mən də o vaxtlar köçüb ya Avropa ölkələrindən birində, ya Amerika Birləşmiş Ştatlarında va da ki, Kanadada yaşamağı tez-tez arzulayırdm. Hər şeydən əvvəl mən inanırdım ki, bu ölkələrdə yazıçı kimi tez bir vaxtda məşhurlaşa bilərəm. Bir yandan da Azərbaycanı, onun tarixini və mədəniyyətini daha yaxşı tanıtmaq istəyi məndə hələ yeniyetməlik vaxtından çox güclü idi. Mən mühacitət zamanı həm də bu arzumu yerinə yetməsinin mümkün olduğunu düşünürdüm.

Qarabağ münaqişəsi bu arzunu məndə daha da gücləndirdi. Lap əvvəldən Moskva mətbuatı və televiziyası bu münaqişəni və onun səbəblərini tamamilə bizim əleyhimizə olan bir mövqedən əks etdirir və Azərbaycana min cür iftira yağdırırdı. Mən əmin idim ki, daxildə, Azərbaycan dilli mətbuatda ölkəmizin mövqeyini müdafiə etmək azdır, rus dilli mətbuatda da bunu etmək lazımdır, həm də təkcə respublika daxilidə deyil, o cümlədən Rusiyanın ozündə, birinci növbədə isə Moskvada.

Rusdilli mətbuatda çıxış eləmək üçün isə, şübhəsiz, rus dilini mükəmməl bilmək lazım idi. Çoxları mənim haqqımda bunu deyə bilərlər: axı mən bunu necə eləmək fikrindəydim?

Mən Cəncəbasarda doğulub, boya-başa çatmışam, orta məktəbi də Azərbaycan dilində bitirmişəm. Amma bu məsələ də var ki, bir dəfə bizim məktəbdə eksperiment olaraq son iki sinfi rus dili və ədəbiyyatı təmayüllü elədilər. Bu da məhz mən oxuduğum sinfə düşdü. Bundan başqa mənim böyüdüyüm yerlə bağlı bir çox başqa məsələlər də var ki, bunlar mənim rus dilini hələ uşaq yaşlarımdan az-çox bilməyimə köməklik etmişdi. Biz Gəncə, Mingəçevir, Naftalan və keçmiş Şaumyanla əhatə olunmuşduq. Bu şəhərlərin hər biri mənim formalaşmağıma öz təsirini göstərmişdir. Gəncənin bizim üçün xüsusi çəkisi var idi və o Aşağı Qarabağdan Borçalıya qədər bütün ətrafda olduqca böyük mədəni və iqtisadi əhəmiyyət kəsb eləyirdi. Böyür-başımızda, ətrafımızda həm rus — malakanlar, həm də ermənilər yaşayırdılar. Başqa millətlərin nümayəndələri ilə mən uşaqlıqdan rus dilində danışmağa vərdiş eləmişdim. Naftalan isə bizə lap yaxın idi – bizi onunla cəmisi beş-altı kilometrlik məsafə ayırırdı. Bu kurort şəhərinə SSRİ-nin hər yerindən müalicəyə gəlirdilər. Yolumuz oraya tez-tez düşərdi, orada bu gəlmələrlə tanış olardıq, bundan başqa onlar özləri də bizim tərəfə dükan-bazara, alış-verişə gələrdilər. Ya da Naftalanda işləyən qohumlarımdan biri müalicəyə gələnlərdən kimisə evinə dəvət edərdi, biz də ailəliklə onunla görüşməyə gedərdik. Istər yerli rus-malakanlar və ermənilərlə, istərsə də Naftalana müalicəyə gələnlərlə təmaslar, onlara Azərbaycan haqqında məlumat verməyin, bəzi halllrda isə Azərbaycanın mövqeyini müdafiə etməyin zəruriliyini ortaya qoyurdu. Kurorta gələn rusları dəvət edəndə qohumlarım məni hökmən həmin məclisdə görmək istəyirdilər. Həm rus dilini yaxşı bildiyim, həm də çox kitab oxumuş olduğun üçün hamı istəyirdi ki, bu rus qonaqlara mən Azərbaycan haqqında danışam.

Məhəlləmizdə də məndən böyük uşaqlar bir məsələ ilə maraqlananda axatarıb məni tapır, bu barədə nə bildiyimi soruşurdular. Sonra isə, məktəbi qurtarmağıma az qalanda, onlar məni bir dəfə erməni Razmiklə üz-üzə qoydular. Razmik məndən on yaş böyük olardı, Azərbayan dilini yaxşı bilirdi, amma tarixə və mədəniyyətə aid mövzular haqqında ancaq rus dilində danışmaq istəyirdi. Özü də Yerevanda universitet bitirmişdi. Bizimkilər onu erməni millətçisi sayırdılar. Mən həmin gün əvvəlcə onun uzun-uzadı Böyük Ermənistan haqqında məruzəsinə qulaq asmalı oldum. Bir müddət mənə elə gəldi ki, o çox məsələdə haqlıdır və mən ona cavab verməyə söz tapmayacağam. Amma bir az da diqqət edəndən sonra Razmikin məlum faktları necə Ermənistanın xeyrinə dəyişdirdiyini sezdim və onun ancaq öz mövqeyini sübut etməkdən başqa marağı olmadığını başa düşdüm. Belə bir məqamda mənim beynimi çox mühüm bir fikir işıqlandırdı: mən ancaq həqiqəti ortaya qoymaqla ona qalib gələ bilərəm. Mən Azərbaycan və Ermənistan tarixi ilə bağlı bildiklərimi ona dedim, Razmik mənimlə razılaşmayanda isə, qəfildən belə bir təklif etdim:

— Gəl, bərabər şəhər kitabxanasına gedək. Orada rus dilində bu haqda kitablar var, Moskvada çap olunub. Bu mən dediklərimin hamısı orada yazılıb.

Razmik əvvəlcə kitabxanaya getməyə maraq göstərmədi, amma bayaqdan intizarla bizim çəkişməmizi izləyənlərin təkidi ilə buna razı oldu. Böyük bir dəstə ilə kitabxanaya üz tutduq. Hələ oraya çatmamış bizmlə gələnlərə dedim:

— Bizim hamımızı birdən kitabxanaya buraxmazlar. Mən Razmiklə, sizlərdən bir nəfəri də özümüzlə götürüb, yuxarı çıxacam, siz də bizi aşağıda gözləyərsiniz.

Yanımızda Slavik adlı bir malakan da var idi. O da Azərbaycan dilini bilrdi, amma rus dilndə oxumaq, şübhəsiz, onun üçün daha asan idi. Mən üzümü yenə də qonşularıma tutdum:

— Mən dediyim kitablardakı yerləri həm Razmikə, həm də Slavikə göstərəcəm. Sonra da orada mən deyənlərin olub-olmadığını onlar özləri sizə deyəcəklər.

Beləcə hər üçümüz dəstəni intizar içində aşağıda qoyub, mədəniyyət evinin ikinci mərtəbəsinə qalxdıq; kitabxana məhz burada yerləşmişdi. Bizim belə qəfildən və həyəcanla içəri girdiyimizi görən kitabxanaçı qadın əsəbi halda soruşdu:

— Nə olub belə? Nə xəbərdi?

Bu qadın məni yaxşı tanıyırdı, mən heç olmasa həftədə bir dəfə kitabxanaya baş çəkir, hər tərəfdə kitabları töküşdürür, bununla da onu əsəbiləşdirirdim. Mən məsələnin məğzini kitabxanaçıya danışmaq istəmədən, sadəcə bəzi kitablara bərabər baxmaq istədiyimizi dedim. Qadın, ola bilsin, həm də məndən yanıqlı olduğuna görə, bizi daha da divara dirədi və ucadan, az qala qışqıraraq, kitbaxanaya nə məqsədlə gəldiyimizi bir daha soruşdu.

Səs-küyə mədəniyyət evinin direktoru Pəri xanım çıxdı. Pəri xanım orta yaşlarında, yaraşıqlı bir qadın id, amma həm də çox zabitəli adam idi.

— Nə olub, nə xuliqanlıq edirsiniz burda, bura haradı sizin üçün? — deyə Pəri xanım bizə qışqırdı. – Hələ o nə qara dəstədi elə, aşağıda? Bayaqdan fikir verirəm sizə pəncərədən. Kimdi onlar? İndi bu dəqiqə milis çağırıb hamınızı dama basdıraram, onda ağlınız başınıza gələr.

Mən daha başqa yol görmədiyimdən məsələni necə vardı Pəri xanıma eləcə də danışdım. O da bunu eşidib sakitləşdi, sonra da kitabxanaçı qadını çağırıb, ona bizi rus dilndə olan kitabların qoyulduğu bölməyə aparmağı tapşırdı. Mən də qadından tək bir kitabı tapıb bizə verməsini xahiş etdim. Bu Qafqaz tarixinə dair Moskvada hələ çarın dövründə çap olunmuş nadir kitablardan idi. Bizim kitabxanaya necə gəlib düşmüşdü, bilmirəm. Mən o kitabı açıb, Qafqazın XIX əsrə aid xəritəsi olan səhifəni Razmiklə Slavikə göstərdim, sonra bu xəritəyə aid olan qeydləri də. Burada Azərbaycan xanlıqları haqqında məlumat verilir və onların guya ki, Rusiyaya “könüllü” birləşməsindən danışılırdı. Gürcü knyazlıqları da burada əks olunmuşdular, amma Ermənistan haqqında bir kəlmə də yox idi. Zatən tək bu kitab bizm Razmiklə olan mühabisəmizin həlli üçün bəs edirdi.

— Göstər görüm, burada sən dediyin Böyük Ermənistan haradadı?

Razmikin, əvvəlcə nəm-nüm eləyib, razılaşmaq istəməsə də, Slavik də həmin xəritəyə baxandan və mənim dediklərimi kitabda tapıb təsdiq edəndən sonra, daha deməyə sözü olmadı. Getmək istəyəndə, Pəri xanınmın dayanıb diqqətlə bizə baxdığını gördüm.

— O aşağıdakılar da bu kitaba baxmaq istəyirlər? Özünüzlə aparıb onlara da göstərin.

— Pəri xanım, bu kitabları kənara verməyə icazə yoxdu, — deyə kitabxanaçı qadın narazı-narazı dilləndi. – Onlar ancaq oxu zalı üçündü, çox nadir kitablardı.

— Eybi yox, mən icazə verirəm, — Pəri xanım əda ilə kitabxanaçını yerinə oturtdu. — Bir — iki saata qaytararsınız.

Biz kitabxananı həmin kitabla tərk edəndə Pəri xanımın kitabxanaçı qadına heyranlıqla dediyi bu sözləri eşitdim:

— Görürsən, bizdə necə savadlı oğlanlar var!

Biz aşağı düşən kimi hamı başımıza yığışıb həmin kitabdakı xəritəyə göz gəzdirdi və mənim tərəfimdən verilib, sonradan doğruluğu Slavik tərəfindən təsdiq edilən izahata qulaq asdı. Yığışanların içərisində başqa bir erməni də var idi. Başqaları qəhqəh çəkib Razmikə güləndə həmin erməni üzünü ona tutub nəsə dedi. Bu sözləri başa düşməsək də, onlardakı narazılığı, qınağı duyduq. Razmiksə cavab olaraq nəsə erməni dilndə mızıldadı və sonra da çıxıb getdi.

Mənim Razmik üzərində bu qələbəmin səsi bütün ətrafa yayıldı. On altl yaşlı bir məktəblinin erməni millətçisi üzərindəki qələbəsindən hər yanda ağız dolusu danışırdılar.

Bütün bunlara baxmayaraq mən heç vaxt rus dilində yazmaq haqqında düşünməmişdim. Mən hələ doqquz-on yaşında olanda gündəlik tutur, kiçik hekayələr yazırdım. Bunları bəzən böyüklər oxuyub mənə gülsələr də, heç kefimi pozmaz, yazmaqda davam edərdim. Təbii ki, həmişə Azərbaycan dilində yazırdım.

Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Universitetinin fililogiya fakultəsinə daxil olmaq istəyirdim, amma müsabiqədən keçməyə bir balım çatmadı. O biri il isə məni Sovet Ordusunda qulluq etməyə çağırdılar. Orduda olduğum müddətdə də mən başqa millətlərin nümayəndələrinə Azərbaycan haqqında tez-tez məlumat verir, onun mədəniyyətindən, tarixindən danışırdım. Bir dəfə Şəkidən olan bir nəfər tələsik məni kazarmaya çağırdı:

— Səfərov, türkmənlər orada yığışıblar, deyirlər ki, “Koroğlu” türkmən dastanıdır.

Bu eşitdiyim mənimçün həm ağlabatmaz, həm də gözlənilməz idi. Mən türkmənləri yerinə oturtmaq üçün tələsik həmyerlimlə kazarmaya getdim. Başqaları deyildi, bizmlə bir yerdə xidmət edən uşaqlar idi, onlarla münasibətlərimiz də yaxşı idi. Şəkili məni dərhal qabağa verdi:

— Сафаров сейчас вам докажет, что “Кёроглы» — азербайджанское сказание.

Türkmənlərdən biri əlində tutduğu kitabı qabağa uzatdı:

— Твой земляк докажет, что это не туркменская книга?

Mən ondan kitabı alıb baxdım. Türkməncə kitabın üstündə yazılmışdı: “Goroğlu dastanı”. Məni təəcübləndirən təkcə bizim özümüzünkü hesab etdiyimiz qəhrəmanın adının “Goroğlu” kimi yazılması deyildi, həm də türkmən yazılı dilinin bizm dilə bu qədər yaxın olması idi. Amma belədə türkmənlər öz aralarında danışanda, mən tək-tük kəlmələri çıxmaqla onların nə dediyini, demək olar ki, başa düşə bilmirdim.

Mən nə qədər çalışdım türkmənləri inandıram ki, “Koroğlu” Azərbaycan dastanıdır, xeyri olmadı. Onlar yenə də dirənib durdulıar ki, “Goroğlu” türkmən dastanıdır. Şəkili ilə hər ikmiz kazarmadan çox pərt çıxdıq. Şəklili özünü saxlaya bilməyib məni tənbeh eləmək istədi:

— Səfərov, nə oldu, bəs bayaqdan deyirdin ki, Azərbaycan mədəniyyətini yaxşı bilirsən? Türkmənlərə “Koroğlunun” Azərbaycan dastanı olduğunu sübut edə bilmədin.

— Blirsən, əslində necədi: “Koroğlu” bizim dastandı, “Goroğlu” türkmənlərin, — deyə onu sakitləşdirmək istədim.

Cavabım onu qane etdi ya yox, bilmirəm, amma biz bir də bu məsələyə qayıtmadıq.

Ordudan qayıdıb filologiya fakultəsinə daxil oldum. Bir neçə aydan sonra isə təsadüfən bir nəfərlə rastlaşdım. O universitetin kitabxanasında nəsə bir kitab axtarırdı, mən də onun çətinlik çəkdiyini görüb kişiyə köməklık eləmək istədim. Beləcə də tanış olduq.

— Səmədağa, — deyə kişi mənə əlini uzatdı.

— Ayaz, — deyə mən də onun əlini bərk-bərk sıxdım.

Səmədağa bakılı idi, özü də rusdilli. Azərbaycan dillndə danışa bilirdi, amma bir az çətinliklə. Mənim rus dilində danışa bildiyimi duyan kimi, rus dilinə keçdi və özü haqqında dedi ki, heykəltəraşdır. Sonra isə mənim rayonda böyümüş olduğum və Azərbaycan məktəbini bitirdiyim halda rus dilini harada belə öyrənməyimlə maraqlandı. Mən də ona bunun böyüdüyüm mühit, Naftalan, rus dili təmayüllü sinif və əsgərliklə bağlı olduğunu dedim.

— Интересно, оказывается, так тоже бывает, я не представлял себе даже. Районские ребята, к сожалению, не учат русский язык и позорят этим республику, если оказываются в России, — Səmədağa şikayətlıəndi.

Sonra da mənim yaxşı oğlan olduğumu deyib, mənə öz telefonun verdi:

— Только когда позвонишь, спроси Сёму. В узком кругу меня все так зовут.

Sonradan Səmədağa mənə onun kimi sənətkarların həftədə bir dəfə yığışıb müzakirələr keçirdiyini dedi. Mən bundan sonra Səmədağaya daha çox köməklik edir, universitetdən istədiyi kitabları öz adıma götürüb ona verirdim. Bir dəfə isə Səmədağa mənə onların növbəti yığıncağına gəlməyi təklif etdi. Beləcə mənim həyatımda yeni bir dövr başlandı.

Bu görüşlər çox vaxt Səmıdağanın mənzilində keçirilirdi. Buraya hər dəfə on-on beş adam yığışırdı: onların içərisində Səmədağa kimi heykəltəraşlar, rəssamlar, bundan başqa həkimlər və daha nə bilim kimlər vardı. İçlərində ən cavanı olmaqla yanaşı, tələbə olanı da, rayonlu, azərbaycandilli olanı da tək mən idim.

Beləcə, uzun illər Baklıda yaşadığım dövrdə mən rusdilli mühitin ən dərin qatlarına nüfuz etdim. Bir yandan maraq, bir yandan təəccüb, bir yandan isə təəssüf hissi ilə aşkar etdim k, bu insanlar nəinki Azərbaycan dilini, mədəniyyətini, tarixini bilmirlər, ya bilmək istəmirlər, həm də Azərbaycanla bağlı hər şeyə yuxarıdan aşağı baxıb rişxənd edir, ələ salıb gülürlər. Məndə təəccüb doğuran həm də bu idi ki, bu olduqca yüksək intellektual səviyyəsi olan adamların, içlərində, düzdü, qismən ruslar, ermənilər və yəhudilər də olsa da, doxsan faizi azərbaycanlılar idi. Bundan başqa əsl sovet ziyalıları kimi onlar Sovet İttifaqına, sosilaizmə sadiq admlar idi. Mən yenə də bu adamlara Azərbaycan haqqında danışmağın zərurətini duydum. Bir dəfə Səmədağa onun mənzilində yığışanlara dedi:

— Aяз считает, что мы мало знаем об Азербайджане. Он хочет рассказать нам о жизни в районах, которую мы с вами не знаем. Как вы на это смотрите?




Şərh yazın

DİQQƏT! Şəxs olduğunuzu sübut etmək üçün bu sadə misalı həll etmənizi xahiş edirik

Neçə edir 15 + 8 ?
Please leave these two fields as-is: