Архив рубрики "Hekayələr"

SÜDDAŞIYAN

Опубликовал 26 Декабрь 2013 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli SÜDDAŞIYAN Hekayə Kiçik əyalət şəhərciyindəki xəstəxananın hesabdarı bir gün evə çox yorğun gəldi. Heç şam yeməyinə də halı yoxdu, yatmaq istəyirdi. Son vaxtlar işdən evə yorğun-arğın gəlib yemək yeyən kimi yatağa girirdi. Nə artıq böyüyüb boya-başa çatmış uşaqlarına, nə də deyingən arvadına fikir verməyərək yuxuya dalmaq hesabdarın ən böyük ehtiyacı idi. Bu axşam […]

PAMBIQ PLANTASİYALARINDA

Опубликовал 19 Декабрь 2013 в рубрике Hekayələr. Комментарии: 0

  Vüqar Dəmirbəyli PAMBIQ PLANTASİYALARINDA Hekayə «Pambıq plantasiyalarında” mənim ən məşhur əsərimdir. Həm rusdilli, həm almandilli məkanda bu əsər az-çox tanınır. Azərbaycan əhalisinin pambıq yığımı illərində başına gətirilən müsibət rus oxucularına belə dərindən təsir edir, onları qeyzləndirir: http://lit.lib.ru/a/aslanow_w/ Mən bu hekayəni Almaniyada Berlindən Münhenə, Halledən Limburqa kimi kitabxanalarda, universitetlərdə, məktəblərdə, mədəniyyət mərkəzlərində təqdim etmişəm. Bu hekayə […]

ƏBƏDİ MÖVSÜMÇÜLƏR

Опубликовал 19 Сентябрь 2013 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli ƏBƏDİ MÖVSÜMÇÜLƏR Hekayə Hamı — valideynlər, qohum-əqrəba, bəzən hətta qıraq adamlar da — and-aman eləyirdi ki, mütləq oxumaq, daha doğrusu, ali məktəblərdən birinə qəbul olmaq lazımdır. Qurtaranda barı adam olub bir yana çıxa biləsən. Bu qənaətdən sonra daha ayrı yol qalmırdı, kimin məhz haraya qəbul olmaq məsələsi, demək olar ki, lap uşaqlıqdan həll […]

YOLSUZLUQ

Опубликовал 21 Март 2013 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli   YOLSUZLUQ Allahı görmək, duymaq istədim, baxmayaraq ki, onu necə, harda axtaracağımı bilmirdim. Amma gör nə zamandan bəri adamlar onun varlığına inanmışdılar, onu tapmağa, görməyə, duymağa çalışmışdılar. Vaxt ötdü, biz dindən imtina elədik, Allahı ibtidai insanın uydurması adlandırdıq, həqiqəti elmdə, məntiqdə axtardıq və uzun zaman inandıq ki, nəsə tapmışıq. Amma bir gün gəldi […]

QAŞIQ OĞRUSU

Опубликовал 21 Март 2013 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli QAŞIQ OĞRUSU Hekayə Mən Ədnanla Almaniyanın qədim şəhəri, yaxud almanların öz ibarəsiylə desək, qədim kelt şəhəri olan Vetzlarda tanış olmuşdim. O çox bamazə, zarafatcıl və şən bir adamdı; qısa boyu, olduqca çevik və hərəkətli vücudu vardı. Ədnanın yaşı artıq əllini haqlamışdı, uzun müddətdən bəri Almaniyada yaşayırdı, özü də buradakı türklərdən həm davranışı, həm də […]

QƏDİR GECƏSİ

Опубликовал 3 Ноябрь 2011 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyl QƏDİR GECƏSİ Hekayə    Mürsəlin yaşı qırxı yenicə haqlamısdı, özü isə bir neçə ay idi ki, yoxsulluq üzündən, Azərbaycanı tərk eləyərək, arvadını və uşaqlarını da götürüb Almaniyaya  gəlmiş və burada ucqar bir kənddə məskən salmışdı. Bir gün Mürsəl həmin kənddə yaşayan, artıq tanış olmağa imkan tapdığı türklərin birindən eşitdi ki, Ramazan ayı başlayıb […]