Архив автора

İTİRİLMİŞ TORPAQ

Опубликовал 29 Декабрь 2013 в рубрике Romanlar. Комментарии: 0

Vüqar Dəmirbəyli İTİRİLMİŞ TORPAQ Roman Toğan bəy   Miladla on beşinci əsrin ortalarında Türküstan — Xəzərin şərq sahillərindən Çinə qədər uzanan ərazi  — pərən-pərən yaşayan qəbilələrin ixtiyarında qalmaqda idi. Böyük Türk Xaqanlığı dağılandan sonra qismən Ərəb xilafətinin, sonra monqolların, daha sonra Teymurləngin tabeliyində olan bu qəbilələr başqa bir qüdrətli səltənətin meydana gəlmədiyindən daha birləşə bilmirdilər. […]

İTİRİLMİŞ TORPAQ (DAVAMI)

Опубликовал 29 Декабрь 2013 в рубрике Romanlar. Комментарии: 0

Vüqar Dəmirbəyli İTİRİLMİŞ TORPAQ (DAVAMI) Roman Dəli Alının yuxusu Alı yuxudan elə bil səksənib ayıldı. Tez əlini böyründə divardan asdığı beşaçılana atdı, balışının altına qoyduğu patrondaşını çəkib çıxardı. Cəmisi bir neçə saniyə taxtın üstündə oturub özünü cəmlədi,  sonra cəld ayağa sıçrayıb qırğı kimi pəncərəyə şığıdı, diqqətlə həyətə boylandı. Arvadı Böyükxanım da tez oyanıb, taxtdan endi, […]

MÜHACİRƏT

Опубликовал 29 Декабрь 2013 в рубрике Romanlar. Комментарии: 0

Vüqar Dəmirbəyli MÜHACİRƏT Roman Müahcirətdən əvvəl Bu gün Azərbaycanda kimdən Almaniya haqqında soruş-sanız, o sizə bu ölkənin mədəniyyətinə, tarixinə yaxşı bələd olduğunu və hətta onu sevdiyini deyəcək. Azərbaycanlılar həm də əmindirlər ki, almanlar bütün dünyada ən ağıllı, istedadlı və işgüzar insanlardır. Bütün dünyada futbolu hamıdan yaxşı oynayan da, ən keyfiyyıətli avtomobilləri və başqa malları istehsal […]

DAĞLARDA

Опубликовал 26 Декабрь 2013 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli DAĞLARDA Hekayə ,,Dağlarda» hekayəsində mən Azərbaycan əyalətlərindən birində yetmişinci illərin yaylaq hə-yatını və məişət tərzini təsvir etməyə çalışmışam. Bəzi hallarda qeyri-Azərbaycan dilli kəlmə-lərin işlədilməsi, məsələn, anaya “mama» deyə müraciət edilməsini göstərməyim də təsadüfi deyil, yəni bu özü də bir növ reallığı əks etdirir. Bəzi epizodlarda isə insanın xüsusilə uşaqlıqda qarşılaşdığı, indi çox yerdə […]

FİLMƏ BAXIŞ

Опубликовал 26 Декабрь 2013 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli FİLMƏ BAXIŞ Hekayə Köhnə, yarıuçulmuş məktəbdə oxuyan bütün oğlanların ən sevimli və mühüm məşğuliyyəti kinoya gedib yeni filmə baxmaq, sonra da hər növbəti filmi uzun-uzadı müzakirə etmək idi. Bu amma hər dəfə hamıya nəsib olmurdu. Buna görə də filmi görənlər onun məzmununu bütün təfəərüatları ilə bir neçə gün dalbadal o birilərə danışırdılar — […]

SÜDDAŞIYAN

Опубликовал 26 Декабрь 2013 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli SÜDDAŞIYAN Hekayə Kiçik əyalət şəhərciyindəki xəstəxananın hesabdarı bir gün evə çox yorğun gəldi. Heç şam yeməyinə də halı yoxdu, yatmaq istəyirdi. Son vaxtlar işdən evə yorğun-arğın gəlib yemək yeyən kimi yatağa girirdi. Nə artıq böyüyüb boya-başa çatmış uşaqlarına, nə də deyingən arvadına fikir verməyərək yuxuya dalmaq hesabdarın ən böyük ehtiyacı idi. Bu axşam […]

PAMBIQ PLANTASİYALARINDA

Опубликовал 19 Декабрь 2013 в рубрике Hekayələr. Комментарии: 0

  Vüqar Dəmirbəyli PAMBIQ PLANTASİYALARINDA Hekayə «Pambıq plantasiyalarında” mənim ən məşhur əsərimdir. Həm rusdilli, həm almandilli məkanda bu əsər az-çox tanınır. Azərbaycan əhalisinin pambıq yığımı illərində başına gətirilən müsibət rus oxucularına belə dərindən təsir edir, onları qeyzləndirir: http://lit.lib.ru/a/aslanow_w/ Mən bu hekayəni Almaniyada Berlindən Münhenə, Halledən Limburqa kimi kitabxanalarda, universitetlərdə, məktəblərdə, mədəniyyət mərkəzlərində təqdim etmişəm. Bu hekayə […]

ƏBƏDİ MÖVSÜMÇÜLƏR

Опубликовал 19 Сентябрь 2013 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli ƏBƏDİ MÖVSÜMÇÜLƏR Hekayə Hamı — valideynlər, qohum-əqrəba, bəzən hətta qıraq adamlar da — and-aman eləyirdi ki, mütləq oxumaq, daha doğrusu, ali məktəblərdən birinə qəbul olmaq lazımdır. Qurtaranda barı adam olub bir yana çıxa biləsən. Bu qənaətdən sonra daha ayrı yol qalmırdı, kimin məhz haraya qəbul olmaq məsələsi, demək olar ki, lap uşaqlıqdan həll […]

YOLSUZLUQ

Опубликовал 21 Март 2013 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli   YOLSUZLUQ Allahı görmək, duymaq istədim, baxmayaraq ki, onu necə, harda axtaracağımı bilmirdim. Amma gör nə zamandan bəri adamlar onun varlığına inanmışdılar, onu tapmağa, görməyə, duymağa çalışmışdılar. Vaxt ötdü, biz dindən imtina elədik, Allahı ibtidai insanın uydurması adlandırdıq, həqiqəti elmdə, məntiqdə axtardıq və uzun zaman inandıq ki, nəsə tapmışıq. Amma bir gün gəldi […]

QAŞIQ OĞRUSU

Опубликовал 21 Март 2013 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli QAŞIQ OĞRUSU Hekayə Mən Ədnanla Almaniyanın qədim şəhəri, yaxud almanların öz ibarəsiylə desək, qədim kelt şəhəri olan Vetzlarda tanış olmuşdim. O çox bamazə, zarafatcıl və şən bir adamdı; qısa boyu, olduqca çevik və hərəkətli vücudu vardı. Ədnanın yaşı artıq əllini haqlamışdı, uzun müddətdən bəri Almaniyada yaşayırdı, özü də buradakı türklərdən həm davranışı, həm də […]