Архив автора

RAF

Опубликовал 2 Июнь 2014 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli RAF Hekayə 1968 — ci ildə İran şahı, əslən azərbaycanlı olan Məhəmməd Rza Pəhləvinin Qərbi Almaniyaya səfəri ərəfəsində bu ölkə sovetlərlə qarşıdurmanın ən yüksək pilləsinə çatmışdı. Artıq yeddi il idi ki, Berlin divarı rusların əlində olan sosialistləş-dirilmiş alman Şərqini, amerikan-ingilis müstəmləkəsi olan alman Qərbindən ayırırdı. Bu qarşıdurma özü də birinci növbədə dünya ağalığı […]

MƏN VƏ ARNO

Опубликовал 2 Июнь 2014 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli                  MƏN VƏ ARNO Hekayə Arno balaca bir oğlan idi. Mən onu ilk dəfə kiçik bir qatarda — cəmisi iki vagonu olan köhnə bir qatarda ğörmüşdüm. O özü yaşda olan başga oğlanlarla, sinif yoldaşları ilə birlikdə həmin bu qatarda ğedirdi. Mən onların yanından ötmək istəyəndə birdən bu […]

XƏYANƏT

Опубликовал 29 Май 2014 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli XƏYANƏT Hekayə   Pərviz deyəndə ki, Nəzrinin ona marağı var, Ramini çox qəribə, həm də xoş bir hiss bürüdü. Başqa cür necə ola bilərdi axı: belə gözəl bir qızın diqqətinə layiq olmaq hər halda az iş deyildi. Bu da, şübhəsiz, Ramində qıza qarşı əks-maraq oyatmaya bilməzdi. Düzdü, o əvvəlcə özünü Pərvizin qarşısında bir […]

KÖLGƏ

Опубликовал 29 Май 2014 в рубрике Hekayələr. Комментарии: 0

  Vüqar Dəmirbəyli KÖLGƏ Hekayə Azad neçə gün idi ki, xəstəxanada yatırdı, əsəb xəstəlikləri şöbəsində. Palatada indi tək idi, onunla qalan daha iki nəfər isə xəstəxananın həyətində gəzməkdə idilər. Azad özünə yer tapa bilmir, otaqda var-gəl edir, çarpayıya uzananda da yerində o yan-bu yana çevrilirdi. Sanki onu nə isə həddindən çox narahat edirdi və bundan […]

QARANLIQ

Опубликовал 27 Апрель 2014 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli QARANLIQ Hekayə Ləbi uzaq bir əyalətdən Bakıya oxumağa gəlmişdi və indi Bakının ətrafındakı “naxalstroylardan” birində bir “mənzildə” kirayədə qalırdı. Şəhərin kənarındakı avtobus dayanacağından bir az aralanandan sonra “naxalstroy” başlayırdı. Hələ ona çatmamış ən birinci gözə dəyən iri bir zibillik idi, bu o qədər iri zibillik idi ki, dənizdən qağayılar da uçub buraya yem […]

SÜPÜRGƏSATAN

Опубликовал 27 Апрель 2014 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli SÜPÜRGƏSATAN Hekayə Qafil Qazaxın Köçvəlli kəndindən idi. Böyür-başda olan o biri kəndlər, Sadıqlı, Muğanlı, ya başqası olsun, il boyu Tiflis bazarını meyvə-tərəvəzlə təmin eləyəndə, köçvəllilərin də işi yayı-qışı süpürgə bağlayıb, onu Tiflisə daşımaq idi. Kəndlərinin yanındakı sahədə süpürgə kolları bitirdi, Qafili də evdən lap xırda yaşlarından oraya süpürgə yığmağa göndərərdilər, təbii, tək yox, […]

SOLLAR

Опубликовал 25 Апрель 2014 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli SOLLAR Hekayə Hər şey Bundestaqın —  ümumalman məclisinin Hartz IV qanununu qəbul etməsindən sonra başladı. Onun müəllifi Hartz familiyalı bir adam idi, özü də bu onun qırmızı-yaşıl, yəni sosial-demokratlarla yaşılların hökuməti tərəfindən qəbul edilmiş dördüncü qanun layihəsi idi. Buna görə də bu qanuna Hartz IV deməyə başladılar. Yaxşı, bu Hartz zalım oğlu necə bir qanun layihəsi ortaya qoydu […]

SON GÖRÜŞ

Опубликовал 25 Апрель 2014 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli SON GÖRÜŞ Hekayə Bir gün necə oldusa, gəlib kiçik bir alman şəhərciyinə çıxası oldum, sonra elə burda da özümə məskən saldım. Almaniyanın böyük şəhərləri bu gün o qədər cəzbedici deyil: səs-küylü, izdihamlıdırlar, çirkli yeraltı keçidləri, natəmiz, qoxuyan metro stansiyaları isə ürək bulandırır. İndi isə bu kiçik şəhəri – Qrünberqi görən kimi ona vuruldum […]

UCUZ OTELİN SAHİBİ

Опубликовал 25 Апрель 2014 в рубрике Hekayələr. Комментарии: 0

   Vüqar Dəmirbəyli UCUZ OTELİN SAHİBİ Hekayə Mən Almaniyaya yeni gələndə məni Bakıdakı dostlarımın tanış etmiş olduğu bir nəfərin yanında qalırdım. Bu adam isə, mən ona hələ Bakıdan telefonda Azərbaycandan gətirib Almaniyada köhnə mis qablar, xalq musiqi alətləri və bəzək-düzək əşyaları satmaq istədiyimi deyəndə çox sevinmiş və məni dərhal bu ölkəyə dəvət etmişdi: o ümid […]

HƏKİMİN OĞLU

Опубликовал 29 Декабрь 2013 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli HƏKİMİN OĞLU Hekayə Tanınmış alman yazıçısı, tarixi romanlar müəllifi Maria Regina Kaiserin Vüqar Dəmirbəylinin “Həkimin oğlu” və digər hekayələri haqqında yazdlqları: “Çox hörmətlii, əziz cənab Aslanov! Arada Sizin bir neçə hekayəinizi oxudum: “Pambıq plantasiyaları”, “Süddaşıyan” və “Həkimin oğlu”. Məm onlardan çox, həddən çox təəsssüratlanmışam. “Həkimin oğlu” öz çoxmənalılığı ilə olduqca narahatedici və düşündürücüdür. Mən onu hətta iki dəfə oxudum. “Pambıq […]