Архив автора

ALMANİYA HAQQINDA HEKAYƏLƏR

Опубликовал 27 Апрель 2017 в рубрике Новости. Комментарии: 0

«Kitab klubu» Vüqar Dəmirbəylinin «Almaniya haqqında hekayələr» kitabını çapdan buraxıb. Kitabdakı hekayələr əsasən əcnəbilərin, xüsusən də azərbaycanlıların Almaniyadakı həyatına həsr olunub. İnsan hüquqları şüarı altında alman cəmiyyətində həyata keçirilən dini, irqi ayrı-seçkilik, əcnəbilərə qarşı göstərilən ictimai-psixoloji təzyiq, paralel cəmiyyətlərdə – gettolardakı acınacaqlı həyat bu hekayələrdə əks olunur. Söz azadlığından dəm vuran, başqa ölkələrtdə demokratiyanın, mətbuat […]

PROKUROR

Опубликовал 27 Январь 2017 в рубрике Romanlar. Комментарии: 0

Vüqar Dəmirbəyli PROKUROR Roman Üç nəfərin elçiliyi Nə vaxtsa vara-dövlətə, hakimiyyətə, şöhrətə çatmaq! Bu iunsanın yəqin ki, ən böyük, ən ümdə arzusudur, olduqca çoxlarına bu nəsib olmasa da. Amma insan nə qədər kasıb, binəva, yoxsul, ac-yalavac və miskin bir həyat keçirsə də, lap cəmiyyətin sonuncu adamlar hesab elədiyi kəslərin sırasında olsa da, onu ömrü boyu […]

ADİ HƏYAT

Опубликовал 11 Апрель 2016 в рубрике Hekayələr. Комментарии: 0

  Vüqar Dəmirbəyli ADİ HƏYAT Hekayə Gənc rəssam Vamiq Sulduzun işləri son vaxtlar yaxşı getmirdi. Əzim Əzimzadə Rəssamlıq Məktəbini bitirəndən sonra daha valideynlərindən pul da istəyə bilmirdi. — Səni oxutmuşuq, — deyirdi anası. – İndi də özün öz başını dolandır. Biz qocalanda gərək hələ sən bizə köməklik eləyəsən. Valideynləri gəncə həm də gecə-gündüz iş tapmağın […]

XƏZƏR DƏNİZİ

Опубликовал 11 Апрель 2016 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli XƏZƏR DƏNİZİ Hekayə Aqil üç ay idi ki, şer dərnəyinə gedirdi. Dərnəyin rəhbəri, Elmlər Akademiyasında hansı isə bir institutun Həmkarlar İttifaqının sədr müavini işləyən Fazil yaşı əllini keçmiş bir şair idi. Fazilin çox şerləri var idi, amma heç yerdə onları çap eləmirdilər. Fazilin dediyinə görə bunun səbəbi ancaq ondaydı ki, o düzünü yazırdı, […]

ZABİT

Опубликовал 6 Апрель 2016 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli ZABİT Hekayə   Zabit Ənvər müəllimin yeganə oğlu idi, kişi onu iki qızdan sonra tapmışdı. Hamı gözləyirdi ki, o ərköyün bir oğlan olacaq, amma Zabit ərköyün olmadı. Hələ uşaq vaxtından oğlan çox düşüncəli görünər, nəyi haradan götürüb haraya qoymağın yerini bilərdi. Adı Zabit olduğundan qohumlar arasında onun özünün də zabit olacağını deyənlər var […]

MAVİ GÖZLÜ QIZ

Опубликовал 27 Январь 2015 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli MAVİ GÖZLÜ QIZ Hekayə Zamir indi hər səhər universitetə tələsirdi. Ona universitetdə oxumaq heç vaxt indiki kimi maraqlı görünməmiş, zövq verməmişdi. Bunun da səbəbi əslində başqa idi: mavi gözlü qız. Zamir bu mavi gözlü qızın adını bilmirdi. Bu qız çox vaxt həm də mavi rəngli paltar geyinərdi və paltarı ilə gözləri bir həmahənglik […]

UYĞUNLAŞMA

Опубликовал 27 Январь 2015 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli UYĞUNLAŞMA Hekayə Cabir artıq bu cür yaşamaqdan bıqmışdı. Hər yerdə, hər tərəfdə, hər şeydə o başqalarının ondan üstün olduğunu qəbul etməli, həmişə kənara çəkilib təşəbbüsü başqalarına verməli idi. Cabir Bakıya Yevlağın Yolqulular kəndindən gəlmişdi və universitetin biologiya fakültəsinin ikincü kursunda oxuyurdu. Onunla oxuyan yaraşıqlı qızlar çox idi, amma zalım qızları ağızlarını açan kimi […]

HƏBSDƏ

Опубликовал 19 Январь 2015 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli HƏBSDƏ Hekayə   “Durmaq lazımdır… Qətiyyən durmaq istəmirəm… Pəncərənin pərdəsi çəkilib. Yəqin küçədən məni görürlər. Mən isə demək olar ki, lütəm. Nazik qollarım və zəif sinəm də görünür.” Tez qalxmaq, əyilib otağın pal-paltarını yığmış olduğu küncünə getmək lazımdır. Burada hər şey bir-birinə qarışıb: köynəklər, can köynəkləri, ayaqqabılar, çantalar, şalvarlar. Budur onun evdə geyindiyi […]

TÜRKİYƏ ALMANİYASI

Опубликовал 5 Август 2014 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli TÜRKİYƏ ALMANİYASI Hekayə   Almaniya bu gün əslində ancaq qismən Almaniyadır. Belə ki, indi Almaniya qismən həm də əcnəbi toplumlarının yaşadığı məhəllələrdən ibarətdir. Son illərə qədər ən çoxsaylı olan Türkiyə toplumunu indi burada «Rusiya almanları» adlandırılan, Qazaxıstandan çöllərindən gətirilmiş, kağız üzərində hələ də alman soyadını qismən saxlayan, qismən isə onu da itirmiş rus toplumu sıxışdırmaqdadır, […]

İŞ İCAZƏSİ

Опубликовал 3 Август 2014 в рубрике Hekayələr. Комментарии: 0

Vüqar Dəmirbəyli İŞ İCAZƏSİ Hekayə Sakit də haymda yaşayan bütün qaçqınlar kimi bu xəbərə çox sevindi: yanvarın əvvəlindən qaçqınlara işləmək icazəsi veriləcəkdi, cəmisi iki aydan sonra. Bu xəbəri ona Sosialamtın (Sosial İdarənin) işçisi vermişdi. — Ihr musst euch jetzt freuen, — demişdi ona Aleksander. – Bald habt ihr den direkten Zugang zum deutschen Arbeitsmarkt (Siz […]