ALMANİYA HAQQINDA HEKAYƏLƏR

Dərc etdi 27 Апрель 2017 rubrika Новости. Şərhlər: 0

demirbeyli«Kitab klubu» Vüqar Dəmirbəylinin «Almaniya haqqında hekayələr» kitabını çapdan buraxıb.

Kitabdakı hekayələr əsasən əcnəbilərin, xüsusən də azərbaycanlıların Almaniyadakı həyatına həsr olunub.

İnsan hüquqları şüarı altında alman cəmiyyətində həyata keçirilən dini, irqi ayrı-seçkilik, əcnəbilərə qarşı göstərilən ictimai-psixoloji təzyiq, paralel cəmiyyətlərdə – gettolardakı acınacaqlı həyat bu hekayələrdə əks olunur.

Söz azadlığından dəm vuran, başqa ölkələrtdə demokratiyanın, mətbuat azadlığının olmamasından “şikayət edən” Almaniyanın öz qəzetlərində və başqa mətbuat orqanlarında daxili qeyri-rəsmi senzuranın həyata keçirilməsi, həqiqətdə baş verənlər haqqında informasiya və yazıların qarşısının alınması isə kitaba daxil edilmiş “Praktika” hekayəsinin əsas mövzusudur.

Kitab Almaniya haqqında həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması yolunda növbəti addımlardan biri ola bilər.

http://kitabklubu.org/almaniya-haqqinda-hekayeler.html

PROKUROR

Dərc etdi 27 Январь 2017 rubrika Romanlar. Şərhlər: 0

Prokuror shekilVüqar Dəmirbəyli

PROKUROR

Roman

Üç nəfərin elçiliyi

Nə vaxtsa vara-dövlətə, hakimiyyətə, şöhrətə çatmaq! Bu iunsanın yəqin ki, ən böyük, ən ümdə arzusudur, olduqca çoxlarına bu nəsib olmasa da. Amma insan nə qədər kasıb, binəva, yoxsul, ac-yalavac və miskin bir həyat keçirsə də, lap cəmiyyətin sonuncu adamlar hesab elədiyi kəslərin sırasında olsa da, onu ömrü boyu təqib eləyən bu arzusundan qurtara bilmir: sayılıb-seçilən adamlar arasında olmaq, istədiyi nemətlərdən tammaq, istədiyini yeyib, istədiyini geymək! Bir də istədiyi mala, mülkə, əşyalara sahib olmaq, yaxınlarını, sevdiyi, yaxud ona nə vaxtsa yaxşılığı keçmiş insanları mükafatlandırıb, düşmən saydıqlarını cəzalandırmaq arzusunu həyata keçirməyə imkan verəcək hakimiyyətə çatmaq!

Qəsəbədə də belə bir arzuya yetişmək, yəni ki, sənə verilmiş taledən qaçaraq, nəsibini, ağır, heç nə vəd eləməyən bir həyatı yox, başqa — gözəl, tox, varlı bir həyatı yaşamaq yəqin ki, hər kəsin arzusu idi.

Burada dul bir qadının oğlu, yetim böyümüş Ələsgərdən çox danışardılar. Deyərdilər ki, o belə yetimlıiklə böyüyüb yamaqlı şalvar geyinə-geyinə Bakıda universitetin hüquq fakültəsini bitirdi, sonra da prokuror oldu. Ələsgəri televizorda göstərəndə bütün qəsəbə əhli sevinc duyar, fərəhlə onu hansısa bir verilişdə gördüklərindən danışardılar.

Ələsgər təhsilini başa vurmamış Stalin vəfat etdi. Hamı kədər və qorxu içərisində idi, heç kim ölkədə bundan sonra nə baş verəcəyini bilmirdi, bəziləri hətta deyirdilər ki, Amerika ilə müharibə başlayacaq. Bir ildən sonra Xruşşov gələndə çoxunun ondan gözü su içmədi; deyirdilər ki, bu adam guya əvvəllər donuzotaran olub. Bir az keçməmiş bu donuzotaran başladı Stalinin güllələdiyi, ya Sibirə göndərdiyi adamların işlərini araşdırmağa, bu işləri yerlərdə icra edənləri isə təqib etməyə. Stalin ölkəyə rəhbərlik edəndə belə bir qayda qoymuşdu ki, ali təhsili başa vurandan sonra ancaq kasıb ailədən olanlara yaxşı təyinat versinlər. Xruşşov da xalqa özünü yaxşı göstərmək üçün burada heç nəyi dəyişmədi, əksinə sadə ailələrdən çıxmış gənclərə dövlət dəstəyini daha da gücləndirdi. Ələsgəri də buna görə universiteti bitirən kimi bir rayona müstəntiq göndərdilər. İş çox idi; indi Stalinin təmizləmə siyasətinin qurbanı olmuş ailələrə qarşı cəza tədbirlərini həyata keçirənlərin özlərini tapıb üzə çıxarmaq və cəzalandırmaq lazım idi.

Ələsgər hələ universiteti bitirməmiş qonşu rayondan bir qızla evlənmişdi; bu qız da onun kimi sadə, kasıb bir ailədən idi. Bakıda bir həyətdə kiçik bir otaqda kirayədə qalırdılar. İsmayıllıya müstəntiq gedəndən sonra orada onlara çoxotaqlı mənzil ayırdılar. Sonra da qoydular prokurorun köməkçisi, bir az da keçmiş onu başqa bir rayona prokuror göndərdilər. Beləcə universiteti bitirəndən dörd il sonra Ələsgər oldu bir rayonun prokuroru.

ADİ HƏYAT

Dərc etdi 11 Апрель 2016 rubrika Hekayələr. Şərhlər: 0

Adi heyat

 

Vüqar Dəmirbəyli

ADİ HƏYAT

Hekayə

Gənc rəssam Vamiq Sulduzun işləri son vaxtlar yaxşı getmirdi. Əzim Əzimzadə Rəssamlıq Məktəbini bitirəndən sonra daha valideynlərindən pul da istəyə bilmirdi.

— Səni oxutmuşuq, — deyirdi anası. – İndi də özün öz başını dolandır. Biz qocalanda gərək hələ sən bizə köməklik eləyəsən.

Valideynləri gəncə həm də gecə-gündüz iş tapmağın mühümlüyündən danışırdılar. Yaxşı, indi o neynəsin? İndiyədək cəmisi beş rəsm çəkmişdi. Başladığı o biri işlərin isə çoxu yarımçıq qalmışdı. Dəlisi olduğu Van Qoqun üslub təsiri bütün işlərində görünməkdə idi: çiçək açmış, dalğalanıb burulan hava, çiçək açmış ulduzlar, yerindən oynayıb əsən, dağılıb, zərrələrdə yenidən birləşən dünya… Bax belə, belə yaratmaq, məhz buna, buna çatmaq – Vamiqin istədiyi buydu. Elə bu cür də başlayırdı, bu cür də çəkirdi, amma rəsmlərinin çoxunu bitirə bilmirdi, bitirə… Elə bil nəsə ona mane olurdu, nəsə onun gücünü alır, onu işini başa vurmağa qoymurdu.

Çox axtarandan sonra Vamiq özünə bir bazada fəhlə yeri tapa bildi. Hər gün səhər tezdən bazaya yollanır, axşama yaxın evə qayıdırdı. Sonra da Bakının mərkəzinə yaxın bir yerdə koma kimi kiçik bir otaq da tutdu.

Vamiqin tələbəlik dostu Bariz şəhərin mərkəzində özünə emalatxana götürmüşdü: İçərişəhərin yaxınlığında vaxtilə “Kommunist”, indi “İstiqlaliyyət” adlanan bu küçədəki möhtəşəm barokko binanın altıncı – çardaq mərtəbəsində. Vamiq Barizin yanına tez-tez gedir, onunla dərdini bölüşürdü. Bariz indiyə kimi xeyli rəsm çəkmişdi, amma o da çəkdiyi ilə dolana bilmirdi. Barizə hələ də valideynləri kömək eləyir, emalatxananın kirayə pulunu da onlar ödəyirdilər. Bir məsələ də var idi ki, Bakıda Barizin çəkdiklərini başa düşüb ona qiymət verən adam az idi. O daha çox fiqurlarla, simvollarla işləyirdi, amma bununla nə demək istədiyini çox adam başa düşə bilmirdi. Bariz isə bundan yana çox fikir edib qüssələnirdi. Oxu »

XƏZƏR DƏNİZİ

Dərc etdi 11 Апрель 2016 rubrika Hekayələr. Şərhlər: 0

KaspiVüqar Dəmirbəyli

XƏZƏR DƏNİZİ

Hekayə

Aqil üç ay idi ki, şer dərnəyinə gedirdi. Dərnəyin rəhbəri, Elmlər Akademiyasında hansı isə bir institutun Həmkarlar İttifaqının sədr müavini işləyən Fazil yaşı əllini keçmiş bir şair idi. Fazilin çox şerləri var idi, amma heç yerdə onları çap eləmirdilər. Fazilin dediyinə görə bunun səbəbi ancaq ondaydı ki, o düzünü yazırdı, düzü isə heç kimə lazım deyildi. Bununla belə təzə bir şer yazdımı, Fazil dərhal əlyazmasını qoltuğuna vurub başlayırdı bütün ədəbiyyat jurnallarının, qəzetlərinin qapısını bir-bir döyməyə. Hər dəfə də dərnəyindən kimisə hökmən özü ilə bərabər götürürdü. Aqilin özünün buna marağı olduğundan son vaxtlar o Fazillə tez-tez redaksiyalara getməyə həvəs göstərərdi.

Fazili bütün ədəbiyyat redaksiyalarda tanıyırdılar, o da əvvəlcə içəri girəndə hamı ilə ədəb-ərkanla salamlaşır, kef-əhval soruşur, sonra da əl ilə, əyri-üyrü xətlə yazılmış şerlərini həyəcanla çıxarıb işçilərdən birinə verirdi. Həmin kəs də əlyazmasına ötəri bir nəzər salar və Fazilə deyərdi ki, əlaqə saxlasın, bir həftəyə oxuyub ona cavabını deyəcək.

Neçə dəfə Fazil Aqili cavab üçün də özü ilə bərabər redaksiyalara aparmışdı. Fazil yenə də həyəcanla içəri girər, tez-tələsik soruşardı:

— Noldu, oxudun?

Cavab isə həmişə eyni cür olardı:

— Hə, oxudum. Amma bu şeri biz çap eləyə bilmərik… Oxu »

ZABİT

Dərc etdi 6 Апрель 2016 rubrika Hekayələr. Şərhlər: 0

muhariwebfhggh)_34767677Vüqar Dəmirbəyli

ZABİT

Hekayə

 

Zabit Ənvər müəllimin yeganə oğlu idi, kişi onu iki qızdan sonra tapmışdı. Hamı gözləyirdi ki, o ərköyün bir oğlan olacaq, amma Zabit ərköyün olmadı. Hələ uşaq vaxtından oğlan çox düşüncəli görünər, nəyi haradan götürüb haraya qoymağın yerini bilərdi.

Adı Zabit olduğundan qohumlar arasında onun özünün də zabit olacağını deyənlər var idi. Zabit isə ondan nəçi olmaq istədiyini soruşanda həmişə deyərdi ki, bunun hələ vaxtı çatmayıb, vaxtı çatanda özü bunu həll edəcək.

Universitetdə dosent olan Ənvər müəllim həmişə ailədə, qohum-qonşu, dost-tanış arasında müəllim həmkarlarının uşaqlarından şikayət edərdi:

— Bilmirsən, bunları necə tərbiyə edirlər? Nə məktəbdə düz əməlli oxuyurlar, nə özlərini bir düz-əməlli apara bilirlər. Di gəl məktəbi qurtarmamış yerləri universitetdə hazırdı. Amma özləri nədir, avara, qudurğan, qandıqları da bir şey yox. İçlərində pyanıskası, nəşəxoru da var. Sonra da atası, anası səndən yapışır ki, mənim uşağıma qiymət yaz, özü də bilməyə-bilməyə yaxşı qiymət yaz. Çoxunun hələ ürəyindən keçir ki, onun uşağına “beş” yazasan. Qəbulda qanun-qayda yaratsaydılar, onlardan çoxunun uşağı universitetin üzünə həsrət qalardı.

Belə şikayətlərdən sonra da kişi oğlunu tərifləyər, Zabitin başqa müəllim uşaqlarına oxşamadığını, özünü heç yaşına uyğun olmayan tərzdə təmkinli, ciddi apardığını deyərdi:

— Mən də oğul böyütmüşəm, onlar da. İndi onların övladlarına bax, mənimkinə bax. Yerlə göy qədər fərq eləyir.

Ənvər müəllim istəyirdi ki, onun da oğlu universitetdə oxusun. Amma Zabit bunu qəbul eləmədi və məktəbi qurtarmağa az qalanda dedi:

— Ömrü boyu başqa müəllim yoldaşlarından şikayət edirsən ki, uşaqlarını bilmiyə-bilmiyə universitetə düzəldirlər. İndi istəyirsən ki, mən də o yolu gedim? Oxu »

MAVİ GÖZLÜ QIZ

Dərc etdi 27 Январь 2015 rubrika Hekayələr. Şərhlər: 0

BLAUÄUGIGE

Vüqar Dəmirbəyli

MAVİ GÖZLÜ QIZ

Hekayə

Zamir indi hər səhər universitetə tələsirdi. Ona universitetdə oxumaq heç vaxt indiki kimi maraqlı görünməmiş, zövq verməmişdi. Bunun da səbəbi əslində başqa idi: mavi gözlü qız.

Zamir bu mavi gözlü qızın adını bilmirdi. Bu qız çox vaxt həm də mavi rəngli paltar geyinərdi və paltarı ilə gözləri bir həmahənglik təşkil edər, bu da onun gözəlliyini daha da artırardı. Hər ikisi eyni fakültədə, eyni kursda oxuyurdular, amma Zamir Azərbaycan bölməsində idi, həmin qız isə rus bölməsində. Çox vaxt onların mühazirələri yanaşı auditoriyalarda keçərdi və içəri girib-çıxanda, dəhlizlə gedəndə Zamir demək olar ki, hər dəfə rəfiqələrinin yanında dayanıb onu süzən, hər dəfə də onlarla nəsə pıçıldaşıb bərkdən gülən bu sarışın qızla rastlaşırdı.

Zamir gündəlik yazanda da indi ən çox bu qızı xatırlayar, onu harada gördüyü haqda qeydlər edərdi.

08. 10. 1987. “Bu gün mavigözlü qızla yenə dəhlizdə qarşılaşdım: əynində yenə də mavi rəngli don vardı, boynunda isə mavi rəngli muncuqlar düzülmüş boyunbağı. Sarışın, azacıq qıvrım olan saçlarını yenə də arxaya yığıb bağlamış, göz qapaqlarına isə yüngülcə mavi rəng çəkmişdi. Bu gözəlliyin qarşısında dayanmaq mümkün deyil! Bu qız məni özünə heyran edir”.

14. 10. 1987. “Mavigözlü qızı bu gün də gördüm. Onun gözləri mənə göy ləpəli dənizi xatırladır. Onunla bu gün üç dəfə qarşılaşdım. Onlar hələ auditoriyadan çıxmağa tam macal tapmamış biz içəri girəndə onu gördüm, sonra bufetin qapısında üz-üzə gəldik, sonra da dəhlizdə qarşılaşdıq. Hər dəfə də mən tərəfə baxıb gülümsəyirdi, aradabir isə yenə də yanındakı qızlarla nə barədəsə xısınlaşıb gülürdü”.

25. 10. 1987. “Yox, belə olmaz! İstəyirəm ürəyimi ona açam. Heç indiyə kimi adını da öyrənməmişəm. Görəsən adı nədir onun? Gərək imkan tapıb yaxınlaşam ona. Daha belə davam edə bilməz”.

Üç gündən sonra dərslər yenicə bitmişdi ki, Zamir mavigözlü qızı kiçik auditoriyalardan birində gördü. Özü də yanında cəmisi bircə nəfər tələbə qız var idi. “Yox, nə olur, olsun, bu dəfə hökmən yaxınlaşacam ona. Daha dözə bilmirəm, ürəyim partlayır”.

Oxu »

UYĞUNLAŞMA

Dərc etdi 27 Январь 2015 rubrika Hekayələr. Şərhlər: 0

LügerVüqar Dəmirbəyli

UYĞUNLAŞMA

Hekayə

Cabir artıq bu cür yaşamaqdan bıqmışdı. Hər yerdə, hər tərəfdə, hər şeydə o başqalarının ondan üstün olduğunu qəbul etməli, həmişə kənara çəkilib təşəbbüsü başqalarına verməli idi.

Cabir Bakıya Yevlağın Yolqulular kəndindən gəlmişdi və universitetin biologiya fakültəsinin ikincü kursunda oxuyurdu. Onunla oxuyan yaraşıqlı qızlar çox idi, amma zalım qızları ağızlarını açan kimi birinci bunu soruşurdular:

— Atan harda işləyir?

İndi Cabir neyniyəydi ki, onun atası idarə müdiri döyüldü, kolxoz sədri döyüldü. Atası o gözünü açandan kolxozun böyük bir naxırı varıydı, onu otarırdı. Amma kənddə bu gözəl iş sayılırdı. Həm də Cabirin atası halallığınnan, zəhmətkeşliyinnən bütün Aran elində özünə ad qazanmışdı. Atası gələndə kənddə hamı çəkilib ona yol verirdi. Kişi rayonun ən qabaqcıl naxırçılarından idi: naxırdakı mal-qaranın, ondan alınan südün qədərini getdikcə artırardı. Rayon qəzeti haqqında tez-tez məqalələr yazar, kişinin də, naxırının da şəklini dərc eləyərdi. Yaxşı işlədiyinə görə hökumət kişinin özünə də neçə baş mal-qara vermişdi. Kişi öz mal-qarasını da bu naxırda otarar, onun sayını da getdikcə artırardı. Neçə-neçə cöngə yetişdirər, vaxtı gələndə onlardan birini xeyir-şər iş görənlərə satar, sağmal inəkləri bol süd verər, evlərində də südün-qatığın əlindən tərpənmək olmazdı. İki aydan-üç aydan bir kişi tərifnamə ilə yanaşı həm də pul mükafatı alardı. Beləcə, Allah bərəkət versin, ailənin dolanışığında heç bir sarıdan korluq çəkməzdilər. Cabiri də elə bu mal-qaradan gələn pulla oxudurdular.

Cabirgilin qrupunda iyirmi qız var idi, beş oğlan. Bu oğlanlardan da biri çolaq idi, özü də Cabir kimi sadə bir ailədən idi. Biri də Özbəkistandan gəlib onlarla oxuyurdu, o da bir kimsəni maraqlandırmazdı. Qaldı o biri oğlanlardan birinin atası rayonlardan birində kolxoz sədri idi, o birininki isə APİ-də, yəni Pedaqoji institutda müəllim. Bu iki gədənin üstündə isə qızlar arasında qırğın gedirdi: o deyirdi məni alacaq, bu deyirdi məni alacaq.

Qızlar həmişə auditoriyada oğlanlardan qabaq yığışırdılar. İş-gücləri də ya boyalanmaq, pudralanmaq olardı, ya da ərə gedən tanış qızlardan kimə nə gətirdiklərini müzakirə eləmək.

— Az, üzüyün qaşındakı brilyant noxud boydaydı.

— Bu kamplektdi, onun sırğası da var, sepi də. Hamısında da, sən demiş, noxud boyda brilyant.

Amma həmişə hamını tərifləməzdilər. Bəzilərinin dalınca da danışardılar:

— Az, buna heç brilyant da gətirmədilər. Üzüklər səkkiz qramlıq, sep də napnazik, siçan quyruğu kimi…

— O da adam tapdı getməyə.

— Nolub, oğlanın dədəsi “Şəfəq” kinoteatrının müdürüdü.

Oxu »

HƏBSDƏ

Dərc etdi 19 Январь 2015 rubrika Hekayələr. Şərhlər: 0

GefaengnisVüqar Dəmirbəyli

HƏBSDƏ

Hekayə

 

Durmaq lazımdır… Qətiyyən durmaq istəmirəm… Pəncərənin pərdəsi çəkilib. Yəqin küçədən məni görürlər. Mən isə demək olar ki, lütəm. Nazik qollarım və zəif sinəm də görünür.”

Tez qalxmaq, əyilib otağın pal-paltarını yığmış olduğu küncünə getmək lazımdır. Burada hər şey bir-birinə qarışıb: köynəklər, can köynəkləri, ayaqqabılar, çantalar, şalvarlar. Budur onun evdə geyindiyi köynək; nə qədər çirklənib və qırışıb, yuyub ütüləməyə isə vaxt yoxdur. Eyib etməz, hələ bir az da bunu geyinə bilər. Əgər gələn olsa, tez əynini dəyişər. Aha, bu gün Kamilə gəlməlidir. Yaxşı o gələnə kimi nə ilə məşğul olsun? Çay içmək, ya da nəsə bir şey yemək; tortdan, konfetdən hələ bir az qalmalıdır. Doğrudan da çayla bunlar ləzzət verir. Bəs indi nə etsin? Yaxşısı budur, yenidən uzansın. Çarpayısının düz yanında nə qədər kitablar yığılıb qalıb, onları artıq toz basıb. Bu kitabların necə də cəlbedici adları var… Əgər onları oxumursa, nə üçün alır bəs? Bəlkə, bir də nəyisə oxumağa cəhd eləsin? Bax bu xüsusilə maraqlı kitaba oxşayır. Yox, heç nə başa düşmür, oxusa da. Yaxşısı budur qalsın sonraya.

Bir azdan Kamilə gələcək. Tez üzünü qırxıb, əynini dəyişməli, otağı bir az sahmana salmalıdır. Lazım olmayan şeyləri yaxşısı budur çarpayının altına itələsin. Axı bu qız harda qaldı? Axır ki, qapının zəngi çalınır və qız içəri girir. Yox, dərhal başlamaq olmaz. Hələ ki, çay içmək və nə haqdasa söhbət etmək yaxşıdır. Ümumi tanışlarından danışa bilərlər; kim nə edir, kim nə ilə məşğuldur. Kamiləni artıq öpməyə başlamaq olar, özü də ki, bu qız birinci dəfə deyil ki, onun yanına gəlir. Bax beləcə… O daha heç müqavimət də göstərmir… Oxu »

TÜRKİYƏ ALMANİYASI

Dərc etdi 5 Август 2014 rubrika Hekayələr. Şərhlər: 0

2u92w75Vüqar Dəmirbəyli

TÜRKİYƏ ALMANİYASI

Hekayə

 

Almaniya bu gün əslində ancaq qismən Almaniyadır. Belə ki, indi Almaniya qismən həm də əcnəbi toplumlarının yaşadığı məhəllələrdən ibarətdir. Son illərə qədər ən çoxsaylı olan Türkiyə toplumunu indi burada «Rusiya almanları» adlandırılan, Qazaxıstandan çöllərindən gətirilmiş, kağız üzərində hələ də alman soyadını qismən saxlayan, qismən isə onu da itirmiş rus toplumu sıxışdırmaqdadır, ən birinci sayca. Çünkı Qazaxıstından Almaniyaya «rus almanlarının» gətirilməsi indi Almaniyanm dövlət siyasətidir və hər ay bu ölkədə minlərlə ,,rus almanına» alman vətəndaşlığı verilir. Və bu siyasət birinci növbədə əcnəbilərə, daha çox türklərə və ümumiyyətlə getdikcə bu ölkədə sürətlə artmaqda olan müsəlmanlara qarşı yönəldilmişdir. Əsasən keçmiş Sovet İttifaqından gətirilən yəhudilər daha çox ,,rus almanlan» gettosu ilə qaynayıb-qarışsalar da, onlara məxsus tərzdə o qədər də gözə çarpmamağa çalışır və altdan-altdan, bütün başqa məmləkətlərdə oldüğu kimi, burada da öz işlərini görürlər. Son illərin süni, kütləvi ,,rus almanı» — yəhudi miqrasiyası türk toplumunun və digər müsəlman toplumlarının və bütün gəlmələrin nüfuzuna güclü zərbə endirmiş, alman cəmiyyətində ciddi narahatlıq yaratmışdır. Sonuncu illərin mühacirləri, yəni ,,rus almanlan» və yəhudilər, xüsusən də birinciiər əwəlki gəlmələrdən özlərini qat-qat həyasız aparır və təkcə alman dövlətini deyil, bütövlükdə alman xalqını özlərinə borclu hesab edirlər: birincilər uzun illərin unutqanlığına görə, ikincilər isə yəhudi qırğınına görə. Həm də onlar tək özlərini Almaniyada yaşamağa və onun bugünkü nemətlərindən istifadə etməyə haqqı olan yeganə gəlmə toplum saymaqdadırlar və inanırlar ki, bütün yerdə qalan əcnəbiləri, xüsusən də türkləri, eləcə də başqa müsəlmanları, alman dövləti nə qədər gec deyil geriyə göndərməlidir. Müsəlman deyəndə çaşmamaq üçün, nəzərə almaq lazımdır ki, Almaniyada yaşayan müsəlmanlar da zatən bir-birini sevməyən ayrı-ayrı toplumlardan ibarətdirlər. Məsələn, ərəblərin, türklərin, iranlıların və digər çoxsaylı müsəlmanların hərəsinin öz məscidi var və biri o birinikinə heç vaxt ayaq basmaz. Bundan başqa türklərin aralarındakı kəskin siyasi ayrılıqlar onların dini cəhətdən də bölünməsinə gətirib çıxarmışdır. Oxu »

İŞ İCAZƏSİ

Dərc etdi 3 Август 2014 rubrika Hekayələr. Şərhlər: 0

ASYLANTENHEI2Vüqar Dəmirbəyli

İŞ İCAZƏSİ

Hekayə

Sakit də haymda yaşayan bütün qaçqınlar kimi bu xəbərə çox sevindi: yanvarın əvvəlindən qaçqınlara işləmək icazəsi veriləcəkdi, cəmisi iki aydan sonra. Bu xəbəri ona Sosialamtın (Sosial İdarənin) işçisi vermişdi.

— Ihr musst euch jetzt freuen, — demişdi ona Aleksander. – Bald habt ihr den direkten Zugang zum deutschen Arbeitsmarkt (Siz indi sevinməlisiniz. Tezliklə alman iş bazarına birbaşa çıxışınız olacaq).

Aleksanderə bütün qaçqınlar qısa olaraq “Aleks” deyirdilər. Əslində bu onun soyadı idi, adı isə Yohan idi. Onun himayəsinə beş-altı haym verilmişdi; Aleksander tez-tez haymlara baş çəkər, hər şeyin qaydasında olub-olmadığını yoxlayardı.

Sakit bu xəbəri alandan sonra oturub arvadına uzun-uzadı bir məktub da yazdı. Yazdı ki, arvadına bu şad xəbəri yaza bildiyinə sevinir; nəhayət ki, bu yaxında iş icazəsi alacaq, ondan sonra da bir iş tapıb pul qazanacaq, arvadına yollayacaq ki, o da oğlu ilə bir yerdə Almaniyaya gələ bilsin. Özü də nə iş olur-olsun, görməyə hazırdı.

Üç həftədən sonra arvadından məktub aldı; arvadı Sakit üçün nəhayət işə düzəlmək imkanı yaranması xəbərinə çox sevinir, onun pul düzəldib göndərə biləcəyi halda oğlu ilə bir yerdə Almaniyaya gəlməklərinin mümkün olacağını və bütün ailənin yenidən birləşə biləcəyini fərəhlə bildirirdi.

Yanvarın birinci iş günü səhər tezdən Sakit Əcnəbilər İdarəsinə yollandı. Əcnəbilər İdarəsi də Sosialamt kimi iyirmi kilometr aralıdakı Groshauzen şəhərində yerləşirdi. Bütün gecəni yatmamışdı: iki illik ayrılıqdan sonra nəhayət ailəsinə qovuşacağına, arvadını, oğlunu görəcəyinə çox sevinir, xəyalında hər ikisinə Almaniya haqqında danışacaqlarını götür-qoy eləyir, onlara burada hansı yerləri, hansı alman şəhərlərini göstərəcəyi haqqında fikirləşirdi. Bunları fikirləşəndə onu da fərəh hissi bürüyür, arvadının, oğlunun qarşısında onlara Almaniyaya gəlmək, bu ölkədə yaşamaq imkanı yaratdığına görə qürrələnmək istəyirdi. Oxu »